Xarici mətbuat, 18 mart 2021

“zdf.de”, “Welt.de”, “Deutsche Welle”, “El Mundo”, “La Tercera”, “La Jornada”, “Le Monde”, “Le Figaro”, “Al Jazeera”, “Al-Quds Al-Arabi” bu gün nələrdən yazır?

1603483
Xarici mətbuat, 18 mart 2021

 

“zdf.de”: Avropa İttifaqı (Aİ) Komissiyasının sədr müavini Marqaritis Sxinas (Margaritis Schinas) Avropa rəqəmsal peyvənd şəxsiyyət vəsiqəsinin 1 iyun tarixində hazır olacağını açıqlayıb.

“Welt.de”: Almaniyada insan qaçaqçılarına qarsı eyni zamanda iki əməliyyat təşkil edilib.

“Deutsche Welle”: Almaniyada həddindən artıq sağçıların internetdə yaydıqları siyahılarla irqçiliklə mübarizə aparanları hədəf göstərməsi çətinləşdirilir.

“El Mundo” (İspaniya): İspaniyanın Marbella şəhərində “AstraZeneca” peyvəndi etdirdikdən sonra beyin qanaması keçirərək həyatını itirən müəllimənin ölümü araşdırılır.

“La Tercera” (Çili): Çilidə “Sinovac” klinikasının işlərinin nəticələrinə görə, peyvənd edilənlərin 90 faizində ikinci dozadan sonra antikor yaranır.

“La Jornada” (Meksika): Meksika dövlət başçısı Andres M.Lopez Obrador Mühakimədə İslahat Qanununu senata göndərdi.

“Le Monde” (Fransa): Fransada “Covid-19”dan ən çox təsirlənən bölgələrdə bu həftə sonu əlavə tədbirlər dövrəyə girəcək.

“Le Figaro” (Fransa): 2020-ci ildə sağlıq böhranı dövlətə 160 milyard avroya başa gəlib.

“Al Jazeera”: Misirdə hökumət ölkədə “Covid-19”un üçüncü dalğası ilə bağlı xəbərdarlıq edib.

“Al Jazeera”: London mərkəzli xəbər agentliyi “Reuters” Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden rəhbərliyinin Fələstinlə əlaqələri yenidən qurmaq üçün çalışdığını yazıb.

“Al-Quds Al-Arabi”: Mərakeş “Patriot” (ABŞ istehsalı hava müdafiə sistemi) və S-400-lə (Rusiya istehsalı hava müdafiə sistemi) bağlı şərhlərdən sonra Çindən inkişaf etmiş hava müdafiə sistemi alır.



Әlaqәli Xәbәrlәr