Xarici mətbuat, 15 mart 2021

“Al-Raya Al-Qatarıya”, “Vatan”, “El-Mustakbal”, “Deutsche Welle”, “Zeit Online”, “Spiegel Online”, “La Razón”, “El Mundo”, “El País”, “Le Parisien”, “Le Monde”, “Le Figaro”, “Lenta.ru”, TASS və “İzvesiya” bu gün nələrdən yazır?

1601261
Xarici mətbuat, 15 mart 2021

 

“Al-Raya Al-Qatarıya” (Qətər): Qətərın koordinatorluğu ilə İstanbul apreldə Əfqanıstanla əlaqədar toplantıya ev sahibliyi edəcək.

“Vatan” (Oman): Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə proqramına daha çox dəstək verilməsi üçün çağırış etdi.

“El-Mustakbal” (Livan): London Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşının İngiltərə vətəndaşlığını ləğv etməyi və terrorla mübarizə çərçivəsində onu mühakimə etməyi düşünür.

“Deutsche Welle”: Almaniyada reanimasiya bölümlərində personal çatışmazlığı yaşanır.

“Zeit Online”: Almaniyada koronavirus tədbirlərinə etiraz nümayişlərində 12 polis yaralandı.

“Spiegel Online”: Aİ Komissiyasının sədr müavini Timmermans “Peyvənd strategiyasında yanlışlığa yol verilir” deyə bildirib.

“La Razón” (Bolivya): Prokurorluq Bolivyanın sabiq prezidenti Janin Anyes (Jeanine Áñez) üçün 6 aylıq həbs tələb edir.

“El Mundo” (İspaniya): Latın Amerikası ABŞ və Çin arasındakı dünya hegemonluğuna yeni döyüş meydanı oldu.

“El País” (İspaniya): ABŞ-ın Meksika sərhədinə gələn çox sayda qaçqın uşaqlarla əlaqədar Co Bayden fövqəladə vəziyyət məsələsini gündəmə gətirir.

“Le Parisien”: “Covid-19”la bağlı son görüşdə Fransa Elmi Təşkilatı "regional strategiya” tövsiyə etdi. 

“Le Monde”: Orta Şərq silah satıcıları üçün bir yarış meydanı olub. Dünyanın 3-cü böyük silah ixracatçısı olan Fransanın satışları 2016-2020-ci illər arasında 44 faizlik bir yüksəliş rəqəmi göstərir.

“Le Figaro”: Fransanın baş naziri Jan Kasteks (Jean Castex) ölkədə “pandemiya böhranından çıxış planı" hazırlamaq üçün peşə sahibləri və işə götürənlərlə bir araya gələcək.

“Lenta.ru”: Rusiyanın Novorosibirsk şəhərindən Moskvaya gedən təyyarə mühərrikində yaranan nazaslıqla əlaqədar təcili eniş edib.

TASS: Rusiya və ABŞ dünyanın ən böyük silah ixracatçısı olmağa davam edir.

“İzvesiya”: FİFA üç Rusiya idmançı haqqında “doping” istintaqı başladı.



Әlaqәli Xәbәrlәr