Xarici mətbuat, 04 fevral 2021

Xarici informasiya vasitələrində gündəmə dair əks olan bəzi xəbərlərin başlıqları

1577128
Xarici mətbuat, 04 fevral 2021

“Deutsche Welle”: Almaniya kansleri Angela Merkel, koronavirus əleyhinə Rusiya istehsalı “Sputnik V” peyvəndinin Almaniyada istifadə edilməsinə müxalif olmadığını bildirib.

“Welt.de”: Avrozonada yeni koronavirus (Kovid-19) tədbirləri davam edən Yanvar ayında inflyasiya nisbəti 0,9% -a çatıb.

“ard.de”: Amerika Birləşmiş Ştatları (ABŞ) rəhbərliyi, İranın 2015-ci il nüvə anlaşmasının bərpa edilməsi təklifinə ehtiyatla yanaşıb.

“Le Monde”: Fransada bir araşdırma şirkətinin apardığı anket nəticələrinə görə ölkədəki Afrika mənşəli Fransız xalqının 73%-i hüquq bərabərliyindən məhrumdur.

“Le Parisien”: Fransa Baş naziri Jean Castexin bu gün yerli vaxtla saat 18.00-da təşkil edəcəyi mətbuat konfransında mövcud vəziyyətdən narahat olduğunu səsləndirəcəyi ehtimal olunur.

“Le Monde”: Kanada 'Proud Boys' adlı radikal irqçi qrupu terror təşkilatları siyahısına salıb.

“Eldustour”: İordaniya Baş nazirinin müavini və Xarici işlər naziri Ayman Safadi və Rusiya xarici işlər naziri Sergey Lavrov, Fələstində iki dövlətli həll yolunun vacibliyinə diqqət çəkib.

“Elraya”: Koronavirus virusun (Kovid-19) yeni ştammlarının Qətərdə yayılması ehtimalı artıb.

“Elqudus”: Türkiyənin ixrac həcmi yanvar ayında rekor səviyyəyə çatıb.

“El País” (İspaniya): İspaniya “AstraZeneca” peyvəndinin 80 yaşdan yuxarılara tətbiq edilməsindən imtina edib.

“Infobae” (Argentina): Danimarka, koronavirus əleyhinə peyvənd vurulanlara rəqəmsal pasport verən ilk ölkə olub.

“Telesur” (Venesuela): Latın Amerikası və Karib dənizi, Covax şirkətindən 280 milyon peyvənd alacaq.

“Lenta.ru” (Rus xəbər saytı): Ukraynada müxalifət ölkədəki bəzi televiziya kanallarına qarşı sanksiya tətbiq edilməsi səbəbindən Prezident Vladimir Zelenskinin vəzifədən kənarlaşdırılması prosesini başladır.

“RİA Novosti” (Rusiya xəbər agentliyi): ABŞ Konqresinə, Rus dissident Alexey Navalnının həbsinə görə Rusiyaya qarşı sanksiya tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim edilib.

“TASS” (Rusiya xəbər agentliyi): Rusiya ilə ABŞ arasında Strateji Silahların İxtisarı müqaviləsinin müddətinin 5 il uzadılması barədə razılaşma qüvvəyə minib.



Әlaqәli Xәbәrlәr