Xarici mətbuat, 3 fevral 2021

Dünya informasiya vasitələrində gündəmə dair əks edən bəzi xəbərlərin başlıqları

1576376
Xarici mətbuat, 3 fevral 2021

“Bild.de” : Almaniya, Portuqaliyaya koronavirus əleyhinə mübarizə aparacaq əsgər və həkim göndərir.

“Frankfurter Allgemeine Zeitung”: Moskvada hakim qarşısına çıxarılan Rus dissident Aleksey Navalnı iki il yarım həbs ediləcək.

“Spiegel.de”: Rusiyanın istehsal etdiyi “Sputnik V” peyvəndinin effektivliyi 91,6%-dır.

“Le Parisien” (Fransa): Fransa Prezidenti Emmanuel Macron, istəyən bütün Fransızlara yayın axırına dək peyvənd vurulacağını zəmanət edib.

“Le Monde” (Fransa): koronavirusun İngilis variantının motasiyası davam edir.

“Fransa 24” (Fransa): Kovid-19: Ümumdünya Səhiyyə Təşkilatının ekspert qrupu Cində “Wuhan Viroloji İnstitutunu” ziyarət etdi

“El-Raya” (Qətər): Avropa İttifaqı Kosovoya Qüdsdə səfirlik açmamaq barədə xəbərdarlıq etdi. Ərəb Birliyi isə Kosovanın səfirlik açmaq qərarı ilə beynəlxalq hüququn pozulduğunu açıqlayıb və qərnarı qınadığını bildirib.

“Al Dastour” (İordaniya): ümumdünyada iki ayda yeni növ koronavirus əleyhinə 100 milyon adam peyvənd edildi.

“Al-Jazeera” : İsrail Sudanda investisiya layihələri həyata keçirməyi təklif edib.

 “El Pais” (İspaniya): Avropa Mərkəzi Bankının məlumatlarına görə, İspaniya, 2020-ci ildə qarşılaşdığı iqtisadi böhranın öhdəsindən gəlmək üçün ən az pul xərcləyən avrozona ölkəsi olub.

“El Mundo” (İspaniya): İspaniyanın bir çox şəhərində Kovid-19 epidemiyasının yayılmasının qarşısını almaq üçün tədbirlər hər gün gücləndirilir.

“TeleSur” (Venesuela): Ekvadorda prezidentliyə namizəd Andrés Arauz, rakibi Quillermo Lasso-nu Prokurorluğa şikayət etdi. Buna Lasso-nun seçki kampaniyasını mənimsədiyi pulla apardığını səbəb göstərdi.

“TASS Agentliyi”: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova, Qərb diplomatlarının dissident siyasətçi Aleksey Navalnının Moskvada davam edən məhkəməsini izləmələrini "siyasi fəaliyyət" olaraq xarakterizə edib.

“Kommersant qəzeti”: Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğuna Aleksey Navalnıya dəstək nümayişləri əsnasında qırmızı boya tullandı. Baş Konsulluq ABŞ Dövlət Departamentindən diplomatik nümayəndəliyin təhlükəsizliyini təmin etməsini istədi.

“Gazeta ru”: Çin koronavirus əleyhinə istifadə edilən peyvənd istehsalı mövzusunda Rusiya ilə əməkdaşlıq etməyə hazırdır.



Әlaqәli Xәbәrlәr