Xarici mətbuat, 02 fevral 2021

Dünya informasiya vasitələrində gündəmə dair əks olunmuş bəzi xəbər başlıqları

1575665
Xarici mətbuat, 02 fevral 2021

“Elcezire”(Qətər Televiziya Veb Saytı): İran nüvə anlaşmasına sadiq qalmaqda ciddi olduğunu göstərdi. Rəsmi Tehran razılaşmanın xilası üçün Avropadan tələb edib ki, Vaşinqton nəzdində vasitəçilik etsin.

“El-Quds El-Arəbi” (Ərəb - İngilis qəzeti): Myanma ordusu hakimiyyəti ələ keçirdi və ölkənin liderini həbs etdi. Ölkədə həyata keçirilən çevriliş qınandı. ABŞ Prezidenti Joe Biden sanksiya tətbiqi ilə təhdid etdi.

“El-Raye El-Qatariyye” (Qətər Qəzeti): Qətər əmiri Şeyx Təmim ibn Həməd əl-Sani Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz Əl-Səud-a şahzadə Nura bint Fəhdin vəfatı ilə əlaqədar başsağlığı verib.

“Deutsche Welle”: Aparılan bir araşdırmanın nəticələrinə görə Almaniyadakı qeydiyyatlı seçicilərin 8%-i radikal irqçıdır.

“Tagesspiegel”: Alman hökuməti Nord Stream ilə əlaqəli ciddi qərar qəbul edib.

“WDR”: Almaniya Kansleri Angela Merkel, yayın sonuna qədər hamının peyvənd vurulacağını vəd etdi.

“Le Figaro”: Avropada gənc işsizlərin sayı artmaqda davam edir.

“Le Parisien”: Fransada "separatizm" qanun layihəsi

 Hökümət iki atəş arasında qalıb. Sağ partiyalar hökuməti “İslamçılığa" qarşı mübarizədə kifayətsiz qalmaqda ittiham edərkən, sol partiyalar da sosial cəhətdən zəif olduğunu irəli sürürlər.

“Le Soir” (Belçika): Avropa İttifaqına üzv olmayan ölkələrə səyahət tədbirləri daha da sərtləşdirilə bilər.

“El País” (İspaniya): Avropa İttifaqı Komissiyasının prezidenti Von der Leyenin sözlərinə görə Dünyada yeni koronavirus suşlarına qarşı daha çox peyvəndə zərurət var.

“Clarín” (Argentina): Argentina digər ölkələrə müqayisədə peyvənd tətbiqində ən uğursuz ölkələr arasında

“El Mundo” (İspaniya): Separatçı Katalon siyasətçisi Oriol Junqueras-ın həbs cəzasının qalan hissəsinin əvf edilməsi müzakirə olunur.

“RİA Novosti”: ABŞ Ukraynaya aktiv iqtisadi və hərbi yardım vəd etdi.

“TASS”: ABŞ Dövlət Katibi Anthony Blinken, ölkəsinin Rusiyadakı mitinqlərlə heç bir əlaqəsinin olmadığını bildirib.

“Kommersant”: Dünyada koronavirus əleyhinə mübarizə çərçivəsində peyvənd vurulanların sayı 101 milyonu ötüb.



Әlaqәli Xәbәrlәr