Xarici mətbuat,12 yanvar 2021

Xarici media vasitələrində dünya və Türkiyə gündəminə dair əks edən xəbər başlıqları

1561818
Xarici mətbuat,12 yanvar 2021

 

“Welt.de”: Almaniya konsleri Angela Merkel Twitter-in ABŞ Prezidenti Donald Trampın hesabını həmişəlik bloklamağı problemli hesab etdiyini qeyd edib.

“ard.de”: İngiltərə ayda 15 milyon adama peyvənd vurmağı planlaşdırır.

“Deutsche Welle”: Almaniyanın xarici işlər naziri Heiko Maas, ABŞ-ın paytaxtı Vaşinqtonda yeni prezidentin andiçmə mərasiminin problemsiz reallaşmasını arzuladığını bildirib.

“El-Raye el-Qatariyye” (Qətər Qəzeti): İsrail Baş Naziri Binyamin Netanyahu, İordan çayının qərb sahilindəki Yəhudi məskənlərində 800 yeni mənzilin inşa edilməsini nəzərdə tutan qərarı təsdiqlədi.

“El-Düstur” (Jordan Qəzeti): ABŞ-dakı Respublikaçılar Prezident Donald Trampı Konqres binasındakı hadisələrə görə istefaya çağırdılar. ABŞ Nümayəndələr Palatasının prezidenti Nensi Pelosi Trampın vəzifədən qovulması uğrunda mübarizə aparır.

“El País”, İspaniya: İspaniyada hökumət güçlü qar yağışı və şaxta səbəbiylə 18 Yanvar tarixinə qədər məktəbləri bağladı.

“Infobae”, Argentina: ABŞ Kubanı yenidən terrora dəstək verən ölkələrin siyahısına saldı.

“La Vanguardia”, İspaniya: Milad tətilində Koranavirus daha sürətli yayıldı. Kanar adaları və Asturias bölgəsi istisna olmaqla ölkənin bütün əraziləri Covid-19 səbəbiylə həddindən artıq risklidir.

“Le Figaro”: ABŞ Prezidenti Donald Tramp yeni impiçment prosesinin hədəfindədir.

“Le Monde”: Dünyadakı Kovid-19: Yaponiyada koronavirusun mutasiyaya uğramış yeni növü aşkarlanıb.

“Fransa 24”: ABŞ Kubanı yenidən "terrorizmi dəstəkləyən ölkələr" siyahısına saldı.

“TASS Agentliyi”: Rusiya ABŞ seçkilərində qalib gələn Joe Biden-in prezident andiçmə mərasiminə dəvət edildi. Mərasimdə ölkəni Rusiyanın ABŞ-dakı səfiri Anadolu Antonov təmsil edəcək.

“Lenta.ru”: Rusiyada bir qadın immuniteti zəif olduğundan Kovid-19 ilə 6 ay mübarizə apardı və virus bədənində 18 dəfə mutasiya keçirdi.

“Kommersant” qəzeti: Malta, Rusiya da daxil olmaqla keçmiş Sovet İttifaqı ölkələrindən daha 300 nəfərin investisiya qarşılığında vətəndaşlıq qazandığını bildirdi.



Әlaqәli Xәbәrlәr