Xarici mətbuat,11yanvar 2021

Xarici media vasitələrində dünya və Türkiyə gündəminə dair əks edən xəbərlərdən bəzilərinin başlıqları

1561155
Xarici mətbuat,11yanvar 2021

“Le Parisien”: Fransanın Marsilya şəhərində səkkiz nəfərdə İngiltərədə aşkarlanan mutasiyaya uğramış Kovid-19 növünə təsadüf edilib. Şəhər bələdiyyə rəhbəri həmin xəbər yayıldıqdan sonra lazımlı tədbirləri görmək üçün hər dəqiqənin əhəmiyyətli olduğuna diqqət çəkib.

“Le Monde”: Əlcəzair Prezidenti Abdulmecid Tebbun müalicə məqsədiylə Almaniyaya gedib.

“Fransa 24”: Kovid-19-a yoluxanların sayı 3 milyonu ötən Afrika qitəsində Peyvənd təmini ilə bağlı nələr edilir?

“Al-Raya al-Katariya” (Qətər): Prezident Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələri arasındakı uzlaşmanı, bölgə üçün yaxşı və müsbət bir addım olaraq xarekterizə edib.

“VATAN” (Oman): Qətər və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı reys bu gün başlayır.

“VATAN” (Oman): Bəhreyn Qətərə uçuşları bərpa etmə qərarına gəlib.

“Deutsche Welle”: Almaniya Amerika Birləşmiş Ştatlarında yaşanan konqres basqınından sonra parlament binasının təhlükəsizliyini artırır.

“Welt.de”: 2020-ci ildə Almaniyaya sıağınacaq müraciəti edənlərin sayı 103 min nəfərə çatıb.

“El Pais” (İspaniya): İspaniya ilə İngiltərə arasında imzalanan Cəbəllütariq müqaviləsinə görə iki bölgə arasındakı bütün tikanlı məftillər və sərhədlər qaldırılacaq.

“El Mundo” (İspaniya): İspaniyanın yüksək ərazilərində hökm sürən şaxta və qar fırtınası ölkənin mərkəz bölgələri üçün təhdid yaradmağa başlayıb.

“El Nacional” (Venesuela): Venesuela bu gündən tutmuş “Kovid- 19” əleyhinə mübarizə çərçivəsində tədbirləri artırır və karantin qaydalarını sərtləşdirir.

“Lenta.ru”: Prezident Rəcəb Tayyib Ərdoğan gizlilik siyasətindəki dəyişiklik səbəbindən WhatsApp istifadəsindən imtina edib.

“Kommersant qəzeti”: Rusiyada mutasiyaya uğramış İngilis koronavirusnun ilk hadisəsi aşkarlanıb.

“Gazeta.ru”: Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron  ilә  Rusiya, Azərbaycan və Ermənistan liderlərinin planlaşdırdıqları toplantı ilә  bağlı fikir mübadilәsi  edib. 



Әlaqәli Xәbәrlәr