Xarici mətbuat, 08 yarvan 2021

Xarici media vasitələrində dünya gündəminə dair əks edən xəbərlərdən  başlıqlar

1559833
Xarici mətbuat, 08 yarvan 2021

“La Vanguardia” (İspaniya): ‘Kovid-19’  əleyhinə  peyvəndi  ilə  normallaşmanın  mümkün olmayacağına inanan İspan cəmiyyətinin yarıdan çoxu epidemiyaya qarşı mübarizə  çərçivəsində   daha  sərt  tədbirlərin  həyata  keçirilməsini  istəyir. “El Universal” (Meksika): Amerika Birləşmiş Ştatlarının (ABŞ) Meksikadakı səfiri Christopher Landau Senat basqınına münasibət bildirib.  O: “Bu hadisə ABŞ-nın siyasi mədəniyyətini və dəyərlərini  təmsil etmir”.

“Clarin” (Argentina): Rusiyanın  hazırladığı  Kovid-19 əleyhinə peyvəndin  iki  dozasını da  vurulan argentinalı tibb bacısı  epidemiyaya  yenidən yoluxub. Səbəbi araşdırılır.

“Eldostour”: Dünya Səhiyyə Təşkilatının məlumatına görə "ilk İngiltərədə  aşkarlanan mutasiyaya uğramış Kovid-19 növü 22 Avropa ölkəsində qeydə  alınıb.

“Elraya”: Qətər hava yolları (Qatar Airways) Səudiyyə Ərəbistanının hava məkanından uçuşları yenidən bərpa etdi.

“Elqudus”: ABŞ Prezidenti Donald Tramp, konqres  basqınını  qınayıb və prezidentlik vəzifəsini  problamsiz  təhvil verəcəyini qeyd edib.

“Süddeutsche Zeitung”: ABŞ Prezidenti Donald Trampın vəzifədən  kənarlaşdırılmasına  dair  çağırışlar artaraq davam edir. 

“Deutsche Welle”: ABŞ-ın yeni prezidenti Joe Biden Tramp tərəfdarlarının Konqres binasına etdikləri basqının  əsas günahkarının  Tramp olduğunu  ifadə edərək nümayişçiləri "daxili terrorçular" olaraq xarakterizə  edib.

“Tagesschau.de”: Almaniyada elektrikli avtomobil satışlarında keçən ilə müqayisədə  206% artım  qeydə alınıb. 

“Krasnaya Vesna” Xəbər Agentliyi: BioNTech peyvənd istehsalının artması nəticəsində Türkiyə Hökuməti ölkəyə peyvənd tədarükünü artıracaq.

“İzvestiya” qəzeti: ABŞ Nümayəndələr Palatasının prezidenti Nancy Pelosi, Kapitoliyə hücumu, Trampın Putinə hədiyyəsi   olaraq xarakterizə edib.

“Ria Novosti” Agentliyi: Ukrayna karantin tədbirlərini  sərtləşdirdi.  Buna Kovid-19-un yayılma təhlükəsi  səsəb  göstərilib.   Sərtləşdirilmiş tədbirlər bu gün  həyata  keçirilib.

“Le Figaro”: Fransanın Cənub-qərb ərazilərində  quş qripinin qeydə  alındığı təsərrüfatların sayı iki dəfə artıb.

“Le Monde”: Donald Tramp, vəzifəsini problemsiz təhvil verəcəyini açıqlayıb.

“Fransa 24”: ABŞ Prezidenti Donald Trampa istefa çağırışları  artaraq davam edir. 



Әlaqәli Xәbәrlәr