Xarici mətbuat, 2 noyabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1520069
Xarici mətbuat, 2 noyabr 2020

"azertag.com": Noyabrın 1-i gün ərzində və 2-sinə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

"trend.az": Prezident İlham Əliyev Türk Şurasının Baş katibini və digər şəxsləri qəbul edib

"Le Figaro": Tunis prezidenti Kais Saied fransız həmkarı Emmanuel Makron ilə telefonla qanunsuz immiqrasiya mövzusundan danışıb.
"Le Monde": Kanadanın Quebec əyalətində bir adam qılıncla beş nəfəri yaralayan iki nəfəri öldürdü.
"France 24": Avropa ölkələri "Covid-19" tədbirləri çərçivəsində özlərini yenidən karantina alır və məhdudiyyətlərə qarşı etirazlar da artmaqdadır.
"el-Cezire" (Qətər Televiziyası): Əl-cezayirdə az sayda seçicinin iştirakdan sonra konstitusiya referendumunda salınan səslər sayılır.
"el-Quds el-Arabi (Ərəb - İngilis): Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bir "Covid-19" xəstə ilə təmas nəticəsində karantin altındadır.
"ell-Raye el-Qatariyye" (Qətər): Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Tani Liviya Ali Şurasının sədri Xalid Ammar əl-Mişrini qəbul etdi.
"Spiegel.de": ABŞ Prezidenti Donald Trampın seçki vədlərinə nə oldu. Tramp əvvəlki seçkidə çox vəd vermişdi. Ancaq bu vədlərin çoxunu yerinə yetirmədi.
"Deutsche Welle": Almaniyanın Səhiyyə naziri insanlardan "Covid-119" infeksiyası mövzusunda daha diqqətli olmalarını və qarşıdan gələn qışda görülən tədbirlərə riayət etmələrini istədi.
"ard.de": Korona-Böhran: Almaniyada reanimasiya xidmətləri tutumunda çox ciddi problemlərin olacağı bildirilib.
"La Vanguardia" (İspaniya): 15 gün əvvəl "Covid-19"a qarşı mübarizə çərçivəsində görülən tədbirlər Kataloniya (İspaniyada) muxtar bölgəsində qüvvəyə minməyə başladı.
"La Jornada" (Meksika): ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Anthony Fauci: "Qarşıdan gələn həftələrdə "Covid-19" ABŞ-a çox zərər verəcək".
"La Tercera (Çili): San Ramon fay xətti 1,7 milyon Santiago sakinini (Çilinin paytaxtı) təhdid edir.
"İzvestiya" qəzeti: ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snovden Rusiya və ABŞ-a ikili vətəndaşlıq üçün müraciət etdi.
"TASS" xəbər agentliyi: Belarusun prezidentliyə keçmiş namizədi və müxalifət lideri Svetlana Tixanovskaya Avropa ölkələrini müxalifətə daha fəal dəstək verməyə və hökumətə təzyiqləri artırmağa çağırdı.
"Lenta.ru" xəbər saytı: Silahlı zirehli maşınlar Belarusun paytaxtı Minskə (seçki nəticələrinə qarşı etirazların davam etdiyi) daxil oldu.



Әlaqәli Xәbәrlәr