Xarici mətbuat, 17 sentyabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1492219
Xarici mətbuat, 17 sentyabr 2020

"azertag.az":İndiyədək Bakı-Tbilisi-Ceyhan kəməri ilə 417 milyon ton Azərbaycan nefti nəql olunub

"trend.az": NATO-nun komitə iclasında Ermənistanın regiona yaratdığı təhlükədən danışılıb

"Aljazeera": Türkiyə və Rusiya Liviyada həyata keçiriləcək atəşkəs razılaşmasına yaxınlaşdı. Liviya Milli Həmrəylik Hökumətinin Baş naziri Fayiz el-Serrac hakimiyyəti gələn ay yeni bir hökumətə təhvil verməyə hazır olduğunu açıqladı.
"Al Sharq" (Qətər): İngilis insan haqları təşkilatları İsrail ilə normallaşma müqaviləsi imzalayan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynə qarşı boykot çağırışı etdilər.
"Addustur" (İordaniya): Yəhudi sakinlərin Məscidül-Əqsaya qarşı pozuntuları davam edir və işğal qüvvələri Qüdsdə 6 fələstinli ailəyə evlərini yıxması üçün təzyiq edirlər.
"Le Figaro": Varlı ölkələr "Covid-19" peyvənd dozalarının yarısını inkişaf etdirmək məqsədilə özləri üçün ayırıblar.
"Le Monde": Fransa hökuməti bu il ölkə iqtisadiyyatının 10 faiz kiçiləcəyini proqnozlaşdırır.
"Liberation": "Covid-19": Fransanın Təhsil naziri Jean-Michel Blanquer "Covid-19" hadisələrinin artması səbəbiylə 81 məktəbin bağlandığını açıqladı.
"El Mundo" (İspaniya): "Covid-19" hadisələrinin artması səbəbiylə İspaniyanın paytaxtı Madrid, "Ifema" Xəstəxanasını yenidən açmağa hazırlaşır.
"El Universal" (Meksika): ABŞ Prezidenti Donald Tramp dedi: "Hələ görüləsi çox iş var" . Trump Meksikanı əsas narkotik istehsal edən ölkələrin siyahısına saldı.
"El Tiempo" (Kolumbiya): Kolumbiyanın Səhiyyə Nazirliyi "Covid-19"un ikinci dalğasının birincisi qədər ölümcül olmayacağına inanır.
"Deutsche Welle": Prezident Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel, video konfrans vasitəsilə Şərqi Aralıq dənizini müzakirə etdilər.
"Tagesschau": Almaniyada irqçi paylaşmalar edən 29 polis məmuruna qarşı istintaq başladıldı
"Handelsblatt": Yunanıstandan 10 milyard avroluq silahlanma açıqlaması

"TASS" agentliyi: "Forbes" jurnalının reytinqinə görə, "Lukoil" neft şirkəti Rusiyanın ən böyük şirkəti olaraq mövqeyini qorudu.
"RİA Novosti": Polşa 2010-cu ildə Rusiyanın Smolensk şəhərində baş verən təyyarə qəzası (o vaxtkı prezident Lex Kaçinskinin ölümü) zamanı vəzifə icra edən qüllə operatorlarının həbs olunmasını tələb etdi.
"RBK": Avropa İttifaqı Rusiya müxalifəti Aleksey Navalnının məhkəməsində yer alan bütün şübhəlilərin əmlakının müvəqqəti müsadirə edilməsini istədi.



Әlaqәli Xәbәrlәr