Xarici mətbuat, 10 sentyabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1488091
Xarici mətbuat, 10 sentyabr 2020

"azertag.az":Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

"trenz.az": Komitə sədri: Azərbaycan koronavirusdan az iqtisadi zərər görən ölkələr sırasındadır

"Bild.de": Almaniyaya peyvənd şoku. "AstraZenece" firmasının peyvənd sınaqlarını dayandırması Almaniyada şoka səbəb oldu. Səhiyyə naziri Yens Şpan 54 milyon doza sifarriş vermişdi.
"Spiegel.de": ABŞ minlərlə çinli alimin vizasını ləğv etdi.
"Deutsche Welle": Almaniyada Moria mübahisələri, Yunanıstanın Midilli adasındakı Avropanın ən böyük qaçqın düşərgəsi olan Moriada baş verən və 12 mindən çox insanın evsiz qalmasına səbəb olan yanğından sonra, alman hökumətinə "qaçqınları ölkəyə aparmaq" çağırışları artır.
"Le Monde": (Fransadakı koronavirus epidemiyası haqqında) Elmi Komitə ehtiyatlı olunmağa çağırdı.
"France 24": (Fransa İqtisadiyyat və Maliyyə Naziri) Bruno Le Maireyə görə, ABŞ rəqəmsal vergi razılaşmasını istəmir.
"Le Soir" (Belçika): Belçikada gündəlik "Covid-19" hadisələri və xəstəxanalara xəstə qəbul müraciətləri artdı.
"El País": (İspaniya) Hökumət 2021-ci ildə dövlət qulluqçularının maaşlarını dondurmağı planlaşdırır.
"El Mundo": (İspaniya) Elm xadimlərinin düşüncəsinə görə "Covid-19" peyvəndinin on minlərlə könüllü üzərində sınaqdan keçirildiyi üçüncü mərhələdə bəzi insanlarda ciddi yan təsirlərə səbəb olması normaldır.
"TeleSur": (Venesuela) Kolumbiyada polis zorakılığına etiraz edən nümayişlər davam edir.
"Al Sharq" (Qətər): Sudanda daşqın nəticəsində ölənlərin sayı 103-ə yüksəldi.
"Al-Jazeere": İsrailin "Kanal 12" telekanalı: İsrailin kəşfiyyat xidməti Mossad normallaşma razılaşması üçün Bəhreynlə sıx təmasdadır.
"Al-Quds Al-Arabi": "Covid-19" dünya miqyasında 900 mindən çox ölümə səbəb olduqda, "AstraZeneca" qrupu və Oksford Universiteti tərəfindən hazırlanmış eksperimental peyvəndlərdən birinin klinik sınaqları dayandırılıb.

"TASS": Çin Rusiyada keçiriləcək "Qafqaz-2020" birgə hərbi təlimdə iştirak edəcək
"İzvestiya" qəzeti: Avropa İttifaqı (Aİ) Komissiyası Ukraynanın rəqəmsal iqtisadiyyatının inkişafı üçün 2,7 milyon avro ayıracaq.
"Lenta.ru": Rusiya müxalifətinin lideri Aleksey Navalnı komadan çıxdı və tamamilə sağaldı.



Әlaqәli Xәbәrlәr