Xarici mətbuat, 21 avqust 2020

Xarici media orqanlarında dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1476773
Xarici mətbuat, 21 avqust 2020

"azertag.az": Ukrayna Türkiyə ilə azad ticarət zonası barədə hərtərəfli Sazişin bağlanılmasında maraqlıdır. Bu, mal və xidmətlər bazarlarına çıxışın genişləndirilməsinə kömək edəcək.

"Trend.az": Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub.

"Frankfurter Allgemeine Zeitung": Zəhərlənmə şübhəsi: Almaniyanın kansleri Angela Merkel Rusiyada Prezident Vladimir Putinə müxalif olan Aleksey Navalnının Almaniyada müalicəsini təklif etdi.
"spiegel.de": Koronavirus tədbirləri: Kansler Merkel və Fransa Prezidenti Emmanuel Makron sərhədlərin yenidən bağlanmasından imtina etmək istəyirlər.
"Newsabah": İraq Sağlamlıq və Təhlükəsizlik Ali Şurası, xaricdən gələn bütün turistik ziyarətlərə icazə verilmədiyini açıqladı.
"Elddustour": 2020-ci ildə ərəb iqtisadiyyatlarında 4,0 faiz kiçiləcəyi gözlənilir
"Elqudus": Küveyt avqustun 30-da komendant saat tətbiqinə son qoyucaq
"El País" (İspaniya): Koronavirus epidemiyasında vəziyyətin getdikcə pisləşməsi İspaniyadakı muxtar icmaları tədbirlərini daha da sərtləşdirməyə vadar edir.
"El Mundo" (İspaniya): Koronavirus xəstəliyinə tutulan yeniyetmələrin faizi pandemiyanın başlanğıcından bəri üç dəfə artıb.
"Infobae" (Argentina): Kolumbiya Prezidenti İvan Duque Venesuela Prezidenti Nikolas Maduro hökumətinin İran vasitəsilə orta və uzun mənzilli raketlər əldə etməyə çalışdığını iddia etdi.
"Le Monde" (Fransa): Fransanın Bregançon qalasında Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Rusiyaya dair ümumi gözləntilərini dilə gətirdilər.
"Le Figaro" (Fransa): Maliyyə böhranı: Qərbi Afrika ölkələri prezident İbrahim Bubakar Keytanın vəzifəyə qayıtmasını istəyir.
Le Temps (İsveçrə): Dünya Bankından xəbərdarlıq: Pandemiya səbəbiylə 100 milyon insan ifrat yoxsulluqla qarşı-qarşıya qala bilər.
"Rossiyskaya" qəzeti: Rusiyanın 12 bölgəsi "Covid-19"dan ən çox təsirlənən "qırmızı bölgədədir". Bu, ölkənin ümumi ərazisinin 14 faizinə bərabərdir.
"İzvestiya" qəzeti: Belarusda prezident seçkilərində məğlub olan Svetlana Tixanovska fəhlələri tətili davam etdirməyə çağırdı.
"Ria Novosti": BMT Rusiyanın əhalisinin 2020-ci ildə 2 milyon artdığını bildirdi.



Әlaqәli Xәbәrlәr