Xarici mətbuat, 5 avqust 2020

“ard.de”, “zdf.de”, “Deutsche Welle”, “Al Quds Al Arabi”, “Al Jazeera”, “Al Raye Al Qatariyye”, “El País”, “El Mundo”, “TeleSur”, “Le Soir”, “Le Parisien”, “France 24”, TASS, “Ria Novosti” və “İzvestiya” bu gün nələrdən yazır?

1467252
Xarici mətbuat, 5 avqust 2020

 

“ard.de”: Almaniya Türkiyəyə qarşı səyahət xəbərdarlığını 4 rayon üçün qaldırdı.

“zdf.de”: Almaniyanın Şimal Ren-Vestfalya əyalətində məktəblərdə maska məcburiyyəti qüvvəyə minəcək.

“Deutsche Welle”: Almaniya Təbiblər Birliyinin sədri ölkədə ikinci dalğanın başlandığını söylədi.

“Al Quds Al Arabi”: İsrail Beyrutda baş verən partlayışla əlaqəsi olmadığını bildirdi.

“Al Jazeera” (Qətər TV): Beyrut partlayışı. Alovdan səmanı örtən ağ tüstü.

“Al Raye Al Qatariyye” (Qətər): Beyrut fəlakət bölgəsi elan edildi.

“El País” (İspaniya): İspaniyanın baş naziri Pedro Sánchez sabiq kral Karlosla əlaqədar sui-istifadə iddialarından sonra Monarxiya Konstitusiyasını müdafiə edərək bunları söylədi: "Burada qurumlar deyil, adamlar mühakimə olunur".

“El Mundo” (İspaniya): Madriddəki otel inzibatçıları bələdiyyəyə 1500 balkon (teras) sənədini dondurduğu üçün etiraz bildirdi.

“TeleSur” (Venesuela): Livan prezidenti Mişel Avn Beyrutdakı partlayışdan sonra ölkədə milli matəm elan etdi.

“Le Soir” (Belçika): Beyrutda partlayışlardan Belçika səfirliyi zərər çəkdi. Ölkənin xarici işlər naziri Filip Qoffen (Philippe Goffin) Livana yardım təklif etdi.

“Le Parisien” (Fransa): Korona virusuna görə bayırda maska istifadəsi Tuluzda (Toulouse) məcburi hala gətirildi, yaxınlarda bu, Parisdə də zəruri olacaq.

“France 24” (Fransa): Yanğın Marsilyada 800 hektarlık sahəni məhv etdi, 1200 adam ərazidən çıxarıldı.

TASS informasiya agentliyi: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan livanlı həmkarı Mişel Avnla telefon danışığı zamanı Beyrutdakı partlayışla əlaqədar Livan xalqına başsağlığı verdi və Türkiyənin, xüsusilə, tibblə bağlı humanitar yardım təmin etməyə hazır olduğunu söylədi.

“Ria Novosti” informasiya agentliyi: Rusiya Mərkəzi Seçki Komissiyası Belarusdakı prezidentlik seçkilərinə müşahidəçi göndərməməyə qərar verdi.

“İzvestiya” qəzeti: Rusiya xaricilərin qısa iş səyahətləri üçün ölkəyə vizasız girişlə bağlı məhdudlaşdırmaları aradan qaldırdı.



Әlaqәli Xәbәrlәr