Xarici mətbuat, 29 iyul 2020

“ard.de”, “zeit.de”, “Deutsche Welle”, “Al-Raya Al-Qatarıya”, “El-İmarat El-Yaum”, VTV, “El País”, “El Universal”, “Le Soir”, “Lenta.ru”, TASS və “İzvestiya” bu gün nələrdən yazır?

1463767
Xarici mətbuat, 29 iyul 2020

 

“ard.de”: Almaniya Xarici İşlər Nazirliyi İspaniyanın Araqon, Kataloniya və Navarra bölgələrinə zəruri olmadıqca səyahət edilməməsi xəbərdarlığını etdi.

“zeit.de”: Almaniyada təxminən hər dörd adamdan biri immiqrantdır.

“Deutsche Welle”: Birləşmiş Millətlər Təşkilatı korona virusu böhranının ilin ilk beş ayında dünya turizmində 320 milyard dollarlıq gəlir itkisi yaratdığını açıqladı.

“Al-Raya Al-Qatarıya” (Qətər): Liviya Dövlət Ali Şurasının sədri Xalid əl-Mişri “Türkiyə ilə olan razılaşmamız Hafter qüvvələrini geri oturtmaq üçündür” dedi.

El-İmarat El-Yaum” (Birləşmiş Ərəb Əmirlikləri): Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İranın nüvə proqramıyla əlaqədar sirli strategiya izləyir.

VTV (Venezuela): Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və venesuelalı həmkarı Xorxe Arreaza (Jorge Arreaza) iki ölkə arasında yeni əməkdaşlıq sahələri layihələrini nəzərdən keçirdi.

“El País” (İspaniya): “Real Madrid”in hücumçusu Marianonun “Covid-19” testinin müsbət çıxması Avropa futbol ictimaiyyətini həyəcanlandırdı.

“El Universal” (Meksika): Kanada "Remdesivir" adlı dərmanın “Covid-19”un müalicəsində istifadəsini təsdiqlədi.

“Le Soir” (Belçika): Belçikada “Covid-19”dan gündəlik yoluxma sayı 327,7-yə yüksəldi.

“Lenta.ru” xəbər saytı: Belarus prezidenti Aleksandr Lukaşenko “Covid- 19”u ayaqüstü sovuşdurduğunu söylədi.

TASS xəbər agentliyi: Rəsmi Kreml sözçüsü Peskov “Yaxınlarda Aleksandr Lukaşenko ilə görüşən Vladimir Putinin sağlığı yerindədir, işə davam” dedi.

“İzvestiya” qəzeti: Ukrayna Sevastopolda Donanma Günü münasibətilə parad təşkil edən Rusiyanı BMT-yə şikayət etdi.



Әlaqәli Xәbәrlәr