Xarici mətbuat, 24 iyul 2020

“Al Quds Al Arabi”, “Al Jazeera”, “Al Raya Al Katariyye”, “Westfalen-Blatt.de”, “Frankfurter Rundschau”, “Deutsche Welle”, “El País”, “İnfobae”, “Perfil”, “Le Monde”, “Le Soir”, “İzvestiya”, “Kommersant” və RBK bu gün nələrdən yazır?

1461019
Xarici mətbuat, 24 iyul 2020

 

Al Quds Al Arabi”: İranın sərnişin təyyarəsi Suriya havasında ABŞ-a aid döyüş təyyarələri tərəfindən təcavüzə məruz qaldığı üçün Livanın Beyrut şəhərinə enib.

Al Jazeera” (Qətər TV): Soyuq döyüş dilinə dönüş. ABŞ dövlət katibi Mayk Pompeo “ABŞ-ın Hyuston şəhərindəki Çin konsulluğu casusluq və fikri mülkiyyətin oğurlanması üçün bir quyu idi” dedi.  

Al Raya Al Katariyye” (Qətər): Qətər əmirindən Cənubi Sudan prezidentinə ikitrəfli əlaqələrin dəstəklənməsi və inkişafına dair mesaj.

Westfalen-Blatt.de” (Almaniya): Avropa ölkələri Balkanlar üzərindən gələn köçü azaltmaq üçün yeni platforma yaratdı.

Frankfurter Rundschau” (Almaniya): Almaniyada daxili siyasəti nə vaxtdır məşğul edən "NSU 2.0" imzalı həddindən artıq sağçı təhdid məktublarının müxalifət partiyalarından Yaşıllar və Sol Partiyanın bəzi millət vəkillərinə də göndərildiyi ortaya çıxdı.

Deutsche Welle” (Almaniya): Almaniya hökumətinin turizm məsulu Tomas Barei Türkiyəyə səyahət xəbərdarlığının aradan qaldırıla biləcəyinə dair ümidverici şərh söyləyib.

El País” (İspaniya): İspaniya hökuməti 5 ilə ölkə iqtisadiyyatını rəqəmsallaşdırmaq üçün 140 milyard avro ayıracaq.

İnfobae” (Argentina): Boliviya Seçki Məhkəməsi prezident seçkilərinin yenidən təxirə salaraq 18 oktyabra salınmasına dair qərar verdi.

Perfil” (Argentina): Argentinada millət vəkili və senatorların maaşlarının dondurulması daha 180 gün uzadıldı.

Le Monde”: Çin ABŞ-ın Şengdu səfirliyinin bağlanılması üçün təlimat verdi.

Le Soir”: Belçikada kifayət qədər qrip peyvəndinin olmaması həkimləri narahat edir.

İzvestiya” qəzeti (Rusiya): Suriyadakı hökumət qüvvələrinə təslim olan terrorçu ABŞ-ın təxribatlarını açdı.

Kommersant” qəzeti (Rusiya): Çeçenistan başçısı Ramazan Kadırov ABŞ dövlət katibi Mayk Pompeoya sanksiya qərarı gətirdi.

RBK: Rusiyalıların 8 faizi iqtisadi böhran dövründə bütün yığdıqlarını xərclədi.



Әlaqәli Xәbәrlәr