Xarici mətbuat, 23 iyul 2020

“Le Monde”, “Le Soir”, “France 24”, “Al Raya Al Katariya”, “El-İmarat El-Yaum”, “Vatan”, “Deutsche Welle”, “Süddeutsche Zeitung”, “Frankfurter Allgemeine Zeitung”, “El País”, “Telesur”, “RİA Novosti”, “Lenta.ru” və “İzvestiya” bu gün nələrdən yazır?

1460373
Xarici mətbuat, 23 iyul 2020

 

Le Monde”: Amerika Birləşmiş Ştatları korona virusuna qarşı təsirli olacaq peyvənddən 100 milyon dozalıq ilkin sifariş verib.

Le Soir”: Belçika araşdırmaçılarına görə, korona virusunun ikinci dalğası birincidən daha pis ola bilər.

France 24”: Fransada “Covid-19”la bağlı hər kəsə ödənişsiz maska variantı icra qurumları tərəfindən rədd edildi.

Al Raya Al Katariya” (Qətər): Misirlilər ölkə başçısı Əbdülfəttah əl-Sisinin Liviya macərasına qarşı çıxır.

El-İmarat El-Yaum” (Birləşmiş Ərəb Əmirlikləri): Birləşmiş Ərəb Əmirlikləri ölkəyə gedən yolçulardan “Covid-19” testini tələb edir.

Vatan” (Oman): Oman Sultanlığı Ümumdünya Səhiyyə Təşkilatının səhiyyə nazirləri yığıncağına qatıldı.

Deutsche Welle” (Almaniya): Yunanıstan Egey dənizinə döyüş gəmiləri çıxardı.

Süddeutsche Zeitung” (Almaniya): Almaniya hava limanlarında korona testi tətbiqi planlanır.

Frankfurter Allgemeine Zeitung” (Almaniya): Almaniya futbol liqaları “Bundesliga”da yeni mövsüm üçün azarkeşli matç gözləyir.

El País” (İspaniya): Səhiyyə mərkəzlərində həddindən artıq izdihamlar yeni diaqnozların təqibini çətinləşdirir.

Telesur” (Kuba): UNİSEF “Covid-19”un məktəbə qədər təhsil ocaqlarındakı təsirlərilə bağlı xəbərdarlıq edir.

RİA Novosti” (Rusiya): ABŞ dövlət katibinin müavini Stiven Biqan (Stephen Bigan) Rusiyanın izlədiyi xarici siyasətin ABŞ-la əlaqələrdə inkişafı qeyri-mümkün etdiyini söylədi.

Lenta.ru” (Rusiya): Rusiyada bir tibb işçisi 2 ayda 2-ci dəfə korona virusuna tutuldu.

İzvestiya” (Rusiya): Rusiyada “Covid-19” epidemiyasının iqtisadiyyata ola biləcək təsirləri açıqlandı, belə ki, avtomobil satışları düşəcək, benzin qiymətləri artacaq...



Әlaqәli Xәbәrlәr