Xarici mətbuat, 1 iyul 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1446563
Xarici mətbuat, 1 iyul 2020

"azertag.az.": Çindən gələn daha bir konteyner qatarı Türkiyəyə yola salınıb

"ternd.az": Ermənistan sutka ərzində atəşkəsi 50 dəfə pozdu

"Welt.de": Almaniyanın müdafiə naziri Annegret Kramp-Karrenbauer içərisindəki ultra sağ fəaliyyətlər ortaya çıxdıqdan sonra Almaniya ordusuna bağlı xüsusi təyinatlı xüsusi qüvvələri yenidən qurmağa və bir hissəsini  ləğv etməyə hazırlaşır.
"Deutsche Welle": Avropa İttifaqı ölkələri 1 iyul tarixindən etibarən 14 ölkəyə sərhədlərini açmaq qərarına gəldi
"Spiegel.de": Almaniyada minimum əmək haqqı 9,35 (hər saat üçün) avrodan tədricən 10,45 avroya qədər artırılacaq

"Al Quds Al Arabi" (Ərəb İngiliscə): İsrailin Fələstin ərazilərini ilhaq planına mane olmaq və bəzi Avropa ölkələrini müstəqil Fələstin dövlətini tanımağa çağırmaq üçün siyasi danışıqlar davam edir.
"Al Raye Al Qatariyye" (Qətər): Terrorla mübarizə məqsədilə Dohada (Qətərin paytaxtı) BMT ofisini açmaq üçün fəailiyyətlər davam edir.
"Al-Jazeera (Qatar TV): Amerikanın aparıcı bir mütəxəssisi koronavirus mövzusunda (sağlamlıqla əlaqədar tövsiyələri yerinə yetirməməsi səbəbindən) səhv istiqamətə üz tutulması barədə xəbərdar edir  (Ərəb Dünyasında) Əlcəzair gündəlik yoluxma sayında bir rekord qeyd edir.
"El Pais" İspaniya: İspaniya iqtisadiyyatı ilk rübdə tarixi bir eniş yaşadı və 5,2 faiz azalma oldu.
"İnfobae" (Argentina): Çavizm (keçmiş prezident Hugo Çavezin sol yönümlü siyasi hərəkatı) Yüksək Seçki heyəti dekabr ayında ümumi seçkilərin keçiriləcəyini və millət vəkillərinin sayının artacağını açıqladı.
"La Vanguardia" (İspaniya): Avropa İttifaqı Almaniyadan koronavirus böhranından çıxış yolu tapmasını gözləyir.
"Le Figaro" (Fransa): Avropa İttifaqı 17 martdan bəridir koronavirusdan bağlı olan sərhədlərini ABŞ istisna olmaqla 14 ölkəyə açdı.
"France 24 (Fransa): (Avropalı təyyarə istehsalçısı) "Airbus" "Covid-19" böhranının yaratdığı maliyyə çətinlikləri səbəbindən Fransada 5.000 işçisini işdən çıxaracaq.
"France 24" (Fransa): Fransız avtomobil bazarı aylarla davam edən düşmədən sonra iyunda yüksəlməyə başladı.

"RBK" xəbər saytı: "The New York Times" Rusiyanın Talibanla "razılaşdığına" dair sübutların olduğunu bildirdi.
"İzvestiya" qəzeti: Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Melisa Vuynovic Rusiyanın koronavirusla mübarizəsini müsbət qiymətləndirdi.
"Gazeta.ru" xəbər saytı: Rusiya prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukashenko Rusiyanın Rjev şəhəri yaxınlığında Sovet hərbi heykəlinin açılış mərasimini keçirdilər.



Әlaqәli Xәbәrlәr