Xarici mətbuat, 3 iyun 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1428573
Xarici mətbuat, 3 iyun 2020

"azertag.az": Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir

"trend.az":Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

"Deutsche Welle": BMT: “Liviyada müharibə edən tərəflər yenidən danışıqlara başlamaq istəyir”

"dpa.de": Almaniya Yəmənə təxminən 200 milyon avro yardım edəcək

"Bild.de": ABŞ-ın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Richard Grenell istefa verib.

"Le Monde": “Adama üçün ədalət!”: Parisdə polis zorakılığına qarşı 20 min insan etiraz aksiyası keçirib. (Xatırlatma: Adama Traore, 4 il əvvəl Fransa polisinin hədsiz güc tətbiq edərək öldürdüyü 24 yaşlı gənc Corc Floydun ölümü səbəbindən yenidən gündəmə gəlib)

"Le Figaro": Fransız polis məmurları “zorakılıq və irqçilik” ittihamlarını rədd edirlər.

"Le Parisien": Xərçəngin müalicəsi: "Covid-19" səbəbindən yaranan müalicə gecikmələri nəticəsində 5-10 min nəfərin ölə biləcəyindən narahatlıq duyulur.

"El País" (İspaniya): Trampın meydan oxumasına və küçəyə çıxma qadağalarına baxmayaraq, irqçiliyə qarşı etirazlar artır.

"ABC (İspaniya)": Maduro və Guaido, Venesuelada "Covid-19" virusu ilə bağlı idarəetməni tənzimləmək üçün müqavilə imzalayıblar.

"El Mundo" (İspaniya): İspaniyada 133 min şirkət bağlandı və bir milyon müvəqqəti müqavilə müddəti başa çatdı: yenidənqurma başladı.

"Alquds Alarabi": Liviya Hökuməti yanında Silahlı Qüvvələr, Liviyanın Siirt şəhərində zərbəçi General Xəlifə Xafter milislərinə dəstək verən rus muzdlu əsgərlərindən ikisinin koronavirus səbəbindən öldüyünü açıqlayıb.

"Aljazeera.net": Məhdudiyyətlərin ləğvi ilə İstanbulda canlılıq geri qayıtdı.

"Alsharq": İsrail və Səudiyyə Ərəbistanı arasında Qüdslə bağlı gizli danışıqların aparıldığı məlum olub.

"Lenta.ru": Ukraynanın Xarici İşlər Nazirliyi Trampın Rusiyanı G7 sammitinə dəvət etmək cəhdinə reaksiya verdi
"TASS": Türkiyə yenidən turistləri qəbul etməyə hazırlaşır. Rusiya səfiri Aleksey Yerkhov rusların Türkiyədə nə zaman tətilə gedəcəklərini Rusiya və Türkiyədəki koronavirusu ilə əlaqədar vəziyyət təyin edə biləcəyini bildirdi.
"RİA Novosti": Brent markalı neftin qiyməti mart ayından bəri ilk dəfə 40 dolları keçdi.



Әlaqәli Xәbәrlәr