Xarici mətbuat, 13 may 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1416269
Xarici mətbuat, 13 may 2020

"azertag.az": Azərbaycan Prezidenti: Biz o ölkələrdənik ki, öz gücümüzə bu bəla ilə mübarizə aparırıq
"az.ternd.az": Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

"Frankfurter Allgemeine Zeitung": Almaniya kansleri Angela Merkel koronavirus (Covid-19) səbəbiylə qonşu ölkələrə bağlanmış sərhədlərin açılmasını istəyir
"Volksstimme": Suriya qan ağlayır, Qərb tamaşa edir
"zdf.de": Alman pilot Sebastian Vettel, 2020 mövsümünün sonunda Ferrari komandasından ayrılacaq
"Al Quds Al Arabi": Türkiyə Birləşmiş Ərəb Əmirliklərini Orta Şərqdə iğtişaş yaymaqda günahlandırır.
"Al Raye Al Qatariyye" (Qətər): Qətər və ABŞ hərbi əməkdaşlığı gücləndirir.
"Al-Jazeera" (Qətər TV): Amerika İnstitutu koronavirus üçün peyvəndin payızdan əvvəl istehsal olunmayacağını proqnozlaşdırır. 
"El País" (İspaniya): İspaniya Səhiyyə Nazirliyi bütün ictimai yerlərdə maska taxmağın məcburi istifadəsi üzərində işləyir
"Infobae" (Argentina): (Venesuela prezidenti Nikolas) Maduro koronavirus səbəbiylə Venesueladakı həyəcan siqnalını 13 iyun qədər uzatdı
"El Mundo" (İspaniya): Brüssel İspaniyanın turistləri təzyiqlə karantində saxlamasından şübhələnir
"Le Figaro": Ağır "Covid-19" xəstələrinin ən vacib risk faktorunun xəstənin yaşı olduğu müəyyən edildi
"Le Figaro": Siqaret çəkənlərin dörddə biri karantin dövründə tütün istehlakını artırdı
"Le Soir": Koronavirus gündə 6 min uşağı dolayı yolla öldürə bilər

Rusiya xəbər agentliyi "RİA Novosti": Kremlin sözçüsü Peskov və həyat yoldaşı ilə Dünya və Olimpiyada çempionu Tatyana Navka koronavirus infeksiyası səbəbindən xəstəxanaya yerləşdirildi.
"TASS": Sank Peterburqda "Covid-19" xəstələrinin müalicə aldığı xəstəxanadakı yanğından sonra ABŞ dövlət rəsmiləri əvvəllər Rusiyadan gətirilmiş nəfəs cihazlarını geri qaytardılar. (Çünki yanğına səbəb olmuş ola bilər)
"rbc.ru": "Muzeylər Gecəsi" tədbiri Moskvada koronavirus səbəbiylə onlayn olaraq keçiriləcək.



Әlaqәli Xәbәrlәr