Xarici mətbuat, 30 aprel 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1408110
Xarici mətbuat, 30 aprel 2020

azertag.az: Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və müxtəlif çaplı minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

az.trend.az:ABŞ dövlət katibi Pompeo "tibbi yardım” üçün Türkiyəyə təşəkkür edib

"El Quds Al Arabi: Bloomberg: Suriya rejiminin lideri Bəşər Esed indi Rusiya prezidenti Vladimir Putinin başını ağrıdır  və rəsmi Kreml Əsəd rejimini günahlandırır.
"AL Jazeera": Co Bayden ABŞ-da prezident seçiləcəyi təqdirdə ABŞ-ın Qüdsdəki səfirliyini saxlacağı vədini verdi.
"AL Jazeera": Dünyadakı bir milyon insan yeni növ koronavirusdan (Covid-19) sağaldı və iki nəfərin həyatını itirməsilə Yəməndə ilk ölüm qeydə alındı.
"Le Monde": Karantin hava çirkliliyini azaltdı və bir ay ərzində Avropada 11 min insanın hava çirkliliyindən ölməsinin qarşısı alındı.
"France 24": Fransa karantin prosesindən sonra velosiped sürməsini dəstəkləmək üçün 20 milyon avro ayırır
"Le Parisien": (Fransada) Karantindən çıxmaq və məktəblərin açılması məsələsi mürəkkəb  bir vəziyyətdir.
"Rp-online.de": Almaniya beynəlxalq səyahət xəbərdarlığının müddətini 14 iyun tarixinə qədər uzatdı.
"Spiegel.de": Alman İqtisadi Tədqiqat İnstitutu: 'Angela Merkelin çıxışları alman istehlakçılarının davranışlarına təsir göstərir'.
"Stern.de": Almaniyanın iqtisadiyyat naziri Peter Altmaier: "Alman iqtisadiyyatı altı faiz kiçiləcək".

ABC (İspaniya): (İspaniyanın baş naziri Pedro) Sançes İspaniyadakı iqtisadi vəziyyətin çox ağır olduğunu etiraf etdi.
El País (İspaniya): (İspaniyada) Müxalifət, hökuməti daha çox tənqid edərək həyəcan vəziyyətinin müddətinin uzadılmasında çətinlik yaradır.
İnfobae (Argentina): ABŞ dövlət katibi Mayk Pompeo ölkəsinin Venesuelanın paytaxtı Karakasdakı səfirliyini  Nikolas Maduro prezident vəzifəsindən getdikdən sonra açacağını söylədi.
"RT" xəbər saytı: Rusiyanın Yekaterinburq şəhərində terror aktına hazırlaşarkən tutulan 3 nəfərin DEAŞ üzvü olduğu aşkarlandı.
"Lenta.ru" xəbər saytı: Rusiyada yeni növ koronavirus xəstəliyinin mayın ortalarında pik həddə çatdığı bildirilir.
"İzvestiya" qəzeti: Pivə istehsalçılarına Rusiyada müvəqqəti olaraq antiseptika məhsulları istehsal etməyə icazə veriləcək.



Әlaqәli Xәbәrlәr