Xarici mətbuat, 28 aprel 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1406552
Xarici mətbuat, 28 aprel 2020

azertag.az: Fevral ayında Türkiyə Azərbaycandan 859 milyon kubmetr təbii qaz idxal edib.
az.trend.az:Xarici işlər naziri Elmar Məmmədyarovun Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov ilə telefon danışığı baş tutub.
"Al Sharq Al Awsat": Koronavirusdan sonra İordaniyada tədricən gündəlik həyata qayıdılır...
"Al Quds Al Arabi": İsrailin bombardmanı Dəməşq yaxınlığında (Suriyanın paytaxtı) İran İnqilab Keşikçilərini hədəf götürdü.
"Al Jazeera": Hafter "Skhirat" müqaviləsinin ləğv olunduğunu elan etdi və özünə Liviyanı idarə etmək səlahiyyətini verdi.
(Skhirat sazişi BMT-nin Liviyadakı yardımı ilə aparılan danışıqlar nəticəsində sona çatdırılan Liviya Siyasi Sazişi tərəflər arasında 17 dekabr 2015-ci ildə imzalanmışdır)
"zdf.de": Almaniyadan 300 milyon avro koronavirusla mübarizə yardımı
"Deutsche Welle": Avropa İttifaqı (Aİ) ölkələrinə sığınacaq axtaranların sayı azaldı
"Handelsblatt": Almaniya, koronavirus böhranı səbəbiylə Almaniya iqtisadiyyatının 6,3 faiz kiçiləcəyini gözləyir
"El Pais": (İspaniya) İspaniya hökuməti hazırladığı planla sosial məhdudiyyətləri azaldacaq.
"El Mundo": (İspaniya) Mütəxəssislər ikinci bir virus dalğasının ola biləcəyi və buna hazır olunması barədə xəbərdarlıq edirlər.
"TeleSur": Venesuelanın telekommunikasiya naziri Xorxe Rodriqes ölkəsinin milyonlarla vətəndaşına "Covid-19" testini tətbiq edən dünya miqyasındakı ölkələrdən biri olduğunu söylədi.
"Le Parisien": Emmanuel Makron və Eduard Philipp arasında "Covid-19" məhdudiyyətlərinə son qoyulması ilə bağlı mübahisələr var
"Liberation": "Covid-19": Aprelin 27-si günü elan edilən son  məlumata görə, Fransada ölənlərin sayı ən az 23 min oldu 
"Le Monde": Fransada maskaların eczanələrdə satılmasına icazə verildi
Rusiya xəbər agentliyi "RİA Novosti": Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi 12 may tarixindən karantin tədbirlərinə tədricən son qoyulması imkanlarını nəzərdən keçirir.
Rusiya xəbər portalı: Koronavirus yoluxma faktları gündə 100-dən çox olmayacağı təqdirdə Rusiyada epidemiya bitmiş hesab ediləcəyi bildirildi.
Rusiya xəbər agentliyi "TASS": Polşa "Şimal axını-2" layihəsindəki "Qazprom"un əmlakını müsadirə etməyi  düşünür.



Әlaqәli Xәbәrlәr