Xarici mətbuat, 17 mart 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları

1379474
Xarici mətbuat, 17 mart 2020

 “azertag.az”(Azərbaycan): Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

“trend.az” (Azərbaycan): Türkiyə ilə Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 17-də İstanbul-Bakı və Bakı-İstanbul istiqamətləri üzrə çarter reyslərinin vaxtı açıqlanıb. Bakıya olan uçuşlara yalnız Azərbaycan vətəndaşları, İstanbula isə Türkiyə vətəndaşları qəbul ediləcək.

 “Al Jazeeda”: Koronavirusu Pentaqona çatdı. ABŞ-ın müdafiə naziri və müavini karantinə alındı.

“Al Quds Al Arabi”: İnsanlar üzərində korona virusuna qarşı ilk vaksin sınaqı keçirilməyə başlandı.

“Al Sharq Al Awsat”: İordaniyanın iki şahzadəsi karantinə alındı və ölkədə yoluxma halı 29-a çıxdı.

“Deutsche Welle”: Koronavirus səbəbilə Aİ sərhədlərini bağlayır.

Der Spigel”: Lufthansa on reysdən 9-nu ləğv etdi.

“Euronews”: İtaliyada  Kovid-19-dan ölənlərin sayı iki mini keçdi.

“El Pais” (İspaniya): Makron koronavirus səbəbindən Fransadakı bələdiyyə seçkilərinin ikinci turunu təxirə saldı.

“Prensa Latina” (Kuba): ABŞ-lı elm adamları “Covid-19” virusuna qarşı vaksini insanlarda test edir.

 “Infobae” (Argentina): Argentinada yeni 9 koronavirus halının təsdiqlənməsilə daşıyıcıların sayı 65-ə çıxdı.

“Le Figaro”: Koronavirus: Fransada karantin rejimi üçün 100 min polis və jandarma əməkdaşı vəzifə icra edəcək.

“Le Mond” : “Müharibə rejimindəyik”: Fransa prezidenti Makron “ümumi səfərlik elan etdi.

“Le Parisien”:  Koronavirus: martın 16-da gün ortadan sonra karantinə alınan və infeksiyaya qaryı “müharibə” elan edən bir Fransa; aşkarlanmış 6633 yoluxma halı, 148 nəfərin ölümü.

“TASS”: Rusiya 18 mart-1 may tarixləri arasında xaricilərin ölkəyə girməsini qadağan etdi.

“Kommersant”: Rusiya hökuməti bu gün koronavirusu epidemiyasına qarşı iqtisadi tədbir planını açıqlayacaq.

“Rossiyaskaya”: Rusiya 1 oktyabr 2021-ci ildə Aya kosmik gəmi göndərəcək.



Әlaqәli Xәbәrlәr