Xarici mətbuat, 10 mart 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1375285
Xarici mətbuat, 10 mart 2020

 “azertag.az”(Azərbaycan): Türkiyə Milli Müdafiə Nazirliyi ilə Milli Təhlükəsizlik Təşkilatı (MİT) İraqın şimalında uğurlu antiterror əməliyyatı keçirib.

“trend.az” (Azərbaycan):  2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 76,18 faiz artaraq 17.031 milyon dollar təşkil edib.

 “Al-Ayam”: İspaniyada yeni koronavirusuna yoluxanların sayı mindən çoxdur. Madriddə məktəblər tətil edildi.

“Alsharq Alawsat”: Çində yeni növ koronavirusuna yoxulanların sayı azaldıqda, dünyada artmaqda davam edir.

“Al-Raya Al-Katarıya”: Sudan baş nazirinə suiqəsd təşəbbüsü, Qətər hücumu qınadı.

“Deutsche Welle”: Prezident Rəcəb Tayyib Ərdoğan NATO-dan dəstəyini artırmasını istədi. Ərdoğan Belçikaya birgünlük işgüzar səfəri çərçivəsində görüş keçirdiyi NATO baş katibi Yens Stoltenberqdən dəstək istədi.

 “Spiegel.de”: Çin dövlət başçısı Si Cinpin yeni növ koronovirusun ortaya çıxmasından sonra ilk dəfə Uhan şəhərinə getdi.

“Süddeutsche.de”: Almaniyada iki nəfər koronavirus qurbanı oldu.

“El Pais” (İspaniya): Brüssel Yunanıstan sərhədindəki gərginliyi azaltmaq məqsədilə Ərdoğanla yenidən diolaq başlatmaq niyyətindədir.

“El Mundo” (İspaniya): Yeni növ koronavirus səbəbindən Madrid şəhərində bütün uşaq bağçaları, məktəblər və universitetlər tətil edildi.

 “El Clarin” (Argentina): Yeni növ koronavirus: Argentinada 5 yeni fakt aşkarlandı, cəmi daşıyıcı sayı 17 oldu.

“Le Figaro”: Koronavirus: Baş nazir Giuseppe Konte 60 milyon əhalisi olan İtaliyanı karantinə alır.

“France 24” : Fransada banklardan birində koronavirus aşkarlandı, hökumət epidemiyaya qarşı mübarizəsini yenidən nizamlayır.

“Le Monde”: Fransa dünyanın üçüncü böyük silah ixrac edən ölkəsi oldu.

 “RİA Novosti” qəzeti:  NATO-nun baş katibi Yens Stoltenberq miqrantlar mövzusunda Türkiyə-Aİ dialoqunu dəstəklədi.

“İzvestiya”: Qazaxıstanın xarici işlər naziri Nur-Sultanda mart ayında keçirilməsi planlaşdırılan Suriya ilə əlaqədar müzakirələrin təxirə salına biləcəyini elan etdi.  

“TACC”:Rəsmi Ankara: Rusiya və Türkiyə hərbi heyətləri martın 10-da (bu gün) İdlib müzakirələrinə start verəcəklər.



Әlaqәli Xәbәrlәr