Xarici mətbuat, 3 mart 2020

“Alsharq Alawsat”, “Al Raya Al-Katariya”, “Vatan”, “El País”, “El Universal”, “La Razón”, “Deutsche Welle”, “Ard.de”, “Süddeutsche Zeitung”, “Rossiyskaya Gazeta”, “RBK”, “Lenta.ru”, “Le Figaro”, “France 24” və “Le Soir” bu gün nələrdən yazır?

1370709
Xarici mətbuat, 3 mart 2020

 

Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı, ingiliscə): Korona virusu ilə bağlı Birləşmiş Millətlər Təşkilatı toplantılarını azaldır.

Al Raya Al-Katariya” (Qətər): 11 ərəb ölkəsində korona virusuna tutulanların ümumi sayı 165-ə çıxdı.

Vatan” (Oman): Oman Sultanlığı Ərəb Birliyinin dövri sədrliyini təhvil aldı.

El País” (İspaniya): Yeni tip korona virusu qripdən daha yoluxucu və ən dəhşətlisi öldürücüdür, lakin havaların istiləşməsiylə hadisələrin azala biləcəyi düşünülür.

El Universal” (Meksika): ABŞ-ın Texas ştatında korona virusu daşıdığı halda bir qadın iki dəfə alış-veriş mərkəzini gəzib.

La Razón” (Bolivya): Boliviya və İspaniya yaşanan problemləri geridə qoyub ikitərəfli əlaqələri qaydayasalma müddətinə girdilər.

Deutsche Welle”: Almaniya xüsusi iş sahiblərinə qapılarını açır.

Ard.de”: Yunanıstan immiqrantlara gözyaşardıcı qaz sıxır.

Süddeutsche Zeitung”: Dünya iqtisadiyyatında korona virusu böhranı.

Rossiyskaya Gazeta”: ABŞ Rusiyanın Baltik ölkələrinə təhdid yaratmadığını qəbul etdi.

RBK”: Çeçenistan başçısı Kadırov ABŞ prezidenti Donald Trampın sözdə sülh planını müsəlman aləminə qarşı bir cinayət adlandırdı.

Lenta.ru”: “Eurovision” mahnı yarışmasında Rusiyanı “Little Big” adlı musiqi qrupu təmsil edəcək.

Le Figaro”: Korona virusuna bulaşan adam sayı Fransada 191, Cənubi Koreyada isə təsminən 5000-ə yaxınlaşdı.

France 24”: 49-3 saylı qanunun parlamentin deyil, hökumət tərəfindən təsdiqlənib qüvvəyə mindirmək təkidi təqaüd islahatı əleyhinə yeni nümayişlərə çağırır.

Le Soir” (Belçika): Belçikalılar korona virusu ilə bağlı qida ehtiyatlarını artırmağa başlayır.



Әlaqәli Xәbәrlәr