Xarici mǝtbuat: 26 fevral 2020

Xarici media vasitǝlǝrindǝ bu gün dǝrc olunan bǝzi xǝbǝrlǝrin başlıqları.

1366565
Xarici mǝtbuat: 26 fevral 2020

 

Xarici media vasitǝlǝrindǝ bu gün dǝrc olunan bǝzi xǝbǝrlǝrin başlıqları.

 

Azǝrtac: (Azǝrbaycan):   Xocalı soyqırımı ilə əlaqədar Koreya Respublikası parlamentinin üzvlərinə müraciət ünvanlanıb.

Azǝrtac: (Azǝrbaycan):   SOCAR Ukraynada Xocalı soyqırımına dair məlumatlandırma aksiyası keçirir.

Azǝrtac: (Azǝrbaycan): ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib.

 

Alsharq Alawsat (Sǝudiyyǝ-İngiltǝrǝ): Amerika Birlǝşmiş Ştatları dövlǝt katibi Mayk Pompeo İrana çağırış edǝrǝk koronavirusla bağlı gerçǝk mǝlumatlar vermǝlǝrini tǝlǝb edib.

‘‘Al-Raya Al-Katariya’’ (Qǝtǝr): Qǝtǝrǝ 1000 gündür embarqo tǝtbiq olunur.

VATAN (Oman): Misirin devrilmiş prezidenti Hüsnü Mübarǝk vǝfat edib.Misirdǝ 3 günlük matǝm elan olunub.

 

‘‘Deutsche Welle’’:  Berlinin daxili işlǝr naziri Andreas Qeisel  mülki polislǝrin ǝyalǝtdǝki mǝscidlǝrin tǝhlükǝsizliyini daha yaxşı tǝmin edǝcǝyini söylǝyib.

‘‘Handelsblatt.com’’: Almaniya hökumǝti Yunan adalarına qaçqın axınını azaltmaq üçün Türkiyǝ sahil mühafizǝ dǝstǝlǝrinǝ 32 milyon avro vǝsait ayırmağa hazırlaşır.

 

‘‘Le Monde’’: Fransa bir nǝfǝr dǝ koronavirusa yoluxub.

‘‘Le Parisien’’: Paris Polis İdarǝsindǝ oktyabrın 3-dǝ törǝdilǝn hücumun terror aktı olduğu tǝsdiqlǝnib.

 

‘‘El País’’ (İspaniya):  Madriddǝ  bir nǝfǝr, Tenerife adasında isǝ 4 nǝfǝrin koronavirusa yoluxduğu bildirilib.

EFE  (İspaniya):Brüssel vǝ Abropa İttifaqına üzv dövlǝtlǝr Covid-19 sǝbǝbindǝn sǝrhǝd mǝntǝqǝlǝrini bağlamaq ilǝ bağlı müzakirǝlǝr aparır.

‘‘Telesur’’ (Venesuela) : Rusiya ve Venesuelanın xarici işlǝr nazirlǝri ǝmǝkdaşlığı güclǝndirmǝk üçün bir araya gǝliblǝr.

 

TASS: Tramp Ukraynadakı vǝziyyǝtǝ görǝ Rusiyaya tǝtbiq edilǝn sanksiyaların müddǝtini bir il dǝ uzadıb.

‘‘İzvestiya’’: Rusiya  İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə Federal Xidmət koronavirus sǝbǝbindǝn Rusiya vǝtǝndaşlarına  İtaliya, Cǝnubi Koreya vǝ İrana sǝyahǝt etmǝmǝlǝri ilǝ bağlı xǝbǝrdarlıq edib.

RİA Novosti: Rusiyanın energetina naziri  Aleksandr Novak qarşıdakı 20 il ǝrzindǝ neftǝ olan tǝlǝbatın artacağını söylǝyib.

 



Әlaqәli Xәbәrlәr