Xarici mәtbuat: 30 yanvar 2020
Xarici media vasitәlәrindә dәrc olunan xәbәrlәrin başlıqları.
Xarici media vasitәlәrindә dәrc olunan xәbәrlәrin başlıqları.
‘‘Azәrtac’’ (Azәrbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir.
‘‘Azәrtac’’ (Azәrbaycan): ATƏT Parlament Assambleyasının prezidenti Azərbaycana səfərə gəlib.
‘‘Al Sharq Al Awsat’’: Abbas Amerika Birlәşmiş Ştatlarnın sülh planı ilә bağlı BMT Tәhlükәsizlik Şurasında çıxış edәcәk.
‘‘Al Quds Al Arabi’’: Vaşinqtondakı pravoslav yәhudilәr Trampın sülh planını rәdd etdiklәrini açıqladılar.
‘‘Al Jazeera’’: İordan çayının qәrb sahilindәki toqquşmalardan sonra İsrail Qәzzanı bombaladı.
‘‘Süddeutsche Zeitung’’: Әrdoğan Putinә xәbәrdarlıq edib. Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Rusiyanın Ankara ilә әldә olunan razılaşmaya әmәl etmәdiyini söylәyib.
‘‘Deutsche Welle’’: Koronavirus nәticәsindә hәlak olanların sayı 170 nәfәrә çatıb. Ümumdünya Sәhiyyә Tәşkilatı hәrәkәtә keçib.Tәşkilat bu gün virusla bağlı iclas keçirәcәk.
‘‘Spiegel.de’’: İngiltәrәnin Avropa İttifaqından çıxması: Avropa Parlamenti ‘‘Brexit’’ razılaşmasını tәsdiqlәdi.
‘‘Clarin’’ (Argentina): Argentina lideri Alberto Fernandes ölkәsinin BVF-yә qarşı daha güclü olması üçün Avropadan kömәk istәyir.
‘‘El Pais’’ (İspaniya): Koronavirus: Vuhandan tәxliyyә edilәn İspaniya vәtәndaşları 14- gündәn sonra Avropaya gәlә bilәcәk. Mәlumata görә, onlar 14 gün әrzindә tibbi nәzarәt altında olacaq.
‘‘Le Soir’’: Koronavirus: Belçikadakı turizm şirkәtlәri Çinә edilәn rezervasiyaları lәğv edәcәk.
‘‘France 24’’: Avropa Parlamenti ‘‘Brexit’’i tәsdiqlәyib.
‘‘Le Parisien’’: Koronavirus: Fransada virusa yoluxanların sayı beş nәfәrә çatıb. İki nәfәrin vәziyyәti kritiktir.
TASS: Rusiya prezidenti Vladimir Putin yanvarın 30-da ( bu gün) Moskvaya işğüzar sәfәr edәcәk İsrail baş naziri Binyamin Netanyahu ilә Moskvada görüşәcәk. Mәlumata görә, görüşdә Donald Trampın Yaxın Şәrq üzrә sülh planı müzakirә olunacaq.
‘‘Ria Novosti’’: Türkiyәdә yeni növ koronavirusun turizm sektoruna olan tәsirlәri qiymәtlәndirilib.
Әlaqәli Xәbәrlәr
Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar