Xarici Mətbuat 23.01.2020

Xarici mətbuat və veriliş orqanlarında gündəmə dair əks etmiş bəzi mövzulardan başlıqlar

1345880
Xarici Mətbuat 23.01.2020

Qafqazinfo (Azərbaycan) Çində koronavirusa yoluxan insanların sayı 571 nəfərə çatıb.

Əl-Şərq Əlavsat (Səudiyyə-İngilis): İranda 5,2 bal gücündə zəlzələ baş verdi.

Əl-Raya Əl-Qatariyə (Qətər): İraqda hökumət əleyhinə aksiyalar bir çox şəhərə yayılaraq davam edir.

Əl-Ayam (Bəhreyn): Livan Maliyyə Naziri: Böhranın davam etməsi iflasa səbəb olacaq.

Tagesschau.de: Türkiyə Avropa İttifaqını immiqrant razılaşmasını pozmaqda ittiham etdi. Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Almaniya kansleri Angela Merkelin Türkiyə səfəri ərəfəsində verdiyi açıqlamada Berlin başda olmaqla Avroqa İttifaqını tənqid edib. Türkiyənin miqrasiya razılaşmasına sadiq qalmasına baxmayaraq alyansın verilən sözlərə əməl etmədiyini bildirib.

Bild.de: Almaniyanın daxili işlər naziri Horst zehofa Neonasizm qrup “Combat 18”-in fəaliyyətini qadağan etdi. Daxili İşlər Nazirinin sözçüsü Steve Alterin məlumatına görə qrupun fərqli əyalətlərdəki ofislərinə polis basqın verib.

Deutsche Welle: Almaniyada hökumət ixtisaslı kadr çatışmazlığını aradan qaldırmaq üçün yeni Milli Uyğunlaşma Fəaliyyət Planı hazırladı. Plana əsasən, ixtisaslı immiqrantlara ölkələrində Almaniya haqqında məlumat veriləcəkdir.

Infobae (Argentina): Meksika koronavirus epideömiyası ilə əlaqədar xəbərdarlıq edib və virusa qarşı tədbirlər həyata keçirilməsini istəyib.

El Mundo (İspaniya): Avropa İttifaqının dəstəyini alan Juan Quaido Venesuelalıların yaşadıqları faciəyə son qoymaq üçün Avropada olduğunu bildirib.

El País (İspaniya): İspaniyada Hökumət və həmkarlar ittifaqları minimum əmək haqqının 950 avroya qaldırılması mövzusunda razılaşdı.

Le Monde (Fransa): Fransa prezidenti Emmanuel Makron Şərq-Qüdsün müqəddəs yerlərini ziyarət etdi.

Le Temps (İsveçrə): Donald Tramp-ın hədəfində Avropa var.



Әlaqәli Xәbәrlәr