Xarici mətbuat, 14 yanvar 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları

1340269
Xarici mətbuat, 14 yanvar 2020

“azertag.az”(Azərbaycan):  Fevralın 9-da Azərbaycanda Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək istəyənlər üçün qeydiyyat prosesi davam edir.

“trend.az” (Azərbaycan):Azərbaycan prezidenti: Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır.

“Tagesschau.de”: Prezident Rəcəb Tayyib Ərdoğan 19 yanvarda Almaniyaya gəlir.

“Deutsche Welle”: Qasım Süleymaninin öldürülməsindən sonra neftin qiymətində artım oldu.

 “Spigel.de”: Alman əsgərləri İraqda qalmaqda davam edəcək

“Alsharq Alawast”: İran daxili işlərinə müdaxilə etməməsi barədə İngiltərəyə xəbərdarlıq etdi.

“Alraya Al-Katariya”: Yüz gündən sonra İraqdakı nümayişlər artdı.

 “El Mundo” (İspaniya): İspaniya dövlət başçısı Pedro Sançez Avropa İttifaqındakı ən böyük hökuməti qurdu: 4 prezident müavini və 18 nazir.

“El Pais” (İspaniya): Sabiq katalan lider Çarls Puigdemont Avropa Parlamentindəki vəzifəsinin icrasına başladı, İspaniya hökuməti isə toxunulmazlığının götürülməsini istədi.

 “La Tercera” (Çili): Venesuela hökuməti yanvarın 13-də ABŞ-ın Milli Məclis sədri seçilən müxalif lider Lius Parrana tətbiq etdiyi sanksiyaları qəbul etmədi.

“Le Parisien”: Barkhane qüvvəsi: (Fransanın Sahel bölgəsində vəzifəli əsgərlər) Makron Sahel bölgəsinə 220 əlavə hərbçi göndərəcəyini bildirdi.

 “Le Figaro”: Yanvarın 9-da Parisdə keçirilən nümayişdə polisin zorakılığı barədə iki yeni istintaq başladıldı.

“Le Monde”: (Fransada) Pensiya islahatı: 2021-ci ildə müəllimlərin əmək haqlarının artımı üçün 500 milyon avroluq büdcə ayrıldı.

“Lenta.ru”: Estoniya prezidenti  Boris Yeltsinin dövründə ölkəsinin Rusiyaya olan ümidlərindən danışdı.

 “RBK”: Xəlifə Hafter razılaşma imzalamadan Moskvanı tərk etdi.

“RİA Novosti” xəbər agentliyi: Rusiyanın hakimiyyətdəki partiyası Edinaya Rossiya ev xanımlarına vergi tətbiq etmə təklifini rədd etdi.



Әlaqәli Xәbәrlәr