Xarici mətbuat, 13 yanvar 2020

“Alsharq Alawsat”, “Alsharq Alawsat”, “Al Raya – Al Katariya”, “Le Monde”, “France 24”, “Libération”, “La Vanguardia”, “El País”, “La Tercera”, “Kommersant”, “İzvestiya”, TASS, “Deutsche Welle” və “Die Welt” bu gün nələrdən yazır?

1339505
Xarici mətbuat, 13 yanvar 2020

 

Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): Bağdadın şimalında Amerika əsgərlərinin olduğu hərbi baza mərmi hücumuna uğradı.

Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): İran Ukrayna təyyarəsinin düşməsiylə əlaqədar gerçəkləri gizlədən xəbərləri qınadı.

Al Raya – Al Katariya” (Qətər): İraqda nümayişlər yenidən alovlandı. Polislə qarşıdurmalarda onlarla adam yaralandı.

Le Monde”: Liviyanın paytaxtı Trablusdakı atəşkəs Türkiyə - Rusiya vasitəçiliyini göz önünə qoyur.

France 24”: Təqaüd islahatı ilə bağlı Eduard Filip (Edouard Philippe, Fransanın baş naziri) sonuna qədər gediləcəyini söylədi.

Libération”: İranda düşən “Boeing” təyyarəsilə bağlı səlahiyyətlilərin etirafları hiddətə səbəb oldu.

La Vanguardia” (İspaniya): Türkiyə Liviya və İdlibdə təmin edilən atəşkəsin öz barış diplomatiyasının bir məhsulu olduğunu bildirdi.

El País” (İspaniya): İspaniya hökuməti işçi və işə götürənlərdən başlanğıc mesajı olaraq minimum məvaciblə bağlı müqavilə bağlanılmasını istəyib.

La Tercera” (Çili): “Real Madrid” “Atletico”nu (Madrid) penalda məğlub etdi və İspaniyanın Super Kubokunu qazandı.

“Kommersant” (Rusiya): Tehrandakı təyyarə faciəsilə bağlı Ukrayna təzminat istəyəcək.

“İzvestiya” (Rusiya): Avstriyanın xarici işlər naziri "Nord Stream-2" boru xəttilə bağlı sanksiyaların qəbuledilməz olduğunu bildirdi.

TASS (Rusiya xəbər agentliyi): ABŞ və Türkiyə Orta Şərqdə NATO-nun rolunu gücləndirmənin yollarını müzakirə etdi.

“Deutsche Welle”: Aİ Şurasının katibi Şarl Mişel (Charles Michel) Liviya məsələsini müzakirə etmək üçün İstanbulda Türkiyə prezidenti Ərdoğanın qonağı oldu.

“Die Welt”: Tramp İrandakı rejim əleyhinə etiraz nümayişlərinə dəstək sözü verdi.



Әlaqәli Xәbәrlәr