Xarici mətbuat, 10 yanvar 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1338269
Xarici mətbuat, 10 yanvar 2020

“azertag.az”(Azərbaycan):  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

“trend.az” (Azərbaycan): Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatır.

 “Alsharq Alawast”: Ukrayna sərnişin təyyərəsinin İranın atdığı raketlə düşürüldüyünə dair “sübutlar” olduğu açıqlanıb. Kanada, İngiltərə və ABŞ kəşfiyyatı təyyarənin səhvən vurulduğunu düşünür.

“Alquds Alarabi” :Tramp: “İranın ABŞ-ın Bağdaddakı səfirliyini bombalamağı planlaşdırması səbəbəbindən Süleymanini öldürdük”.

 “Alraya”:İran parlamenti Pentaqonu terror siyahısına saldı.

 “El Pais” (İspaniya): İspan əhalinin sayı köç sayəsində tarixdəki ən yüksək səviyyəyə çıxdı.

“Diario de Cuya” (Argentina): Fernandez “Argentina bacarar” planını təqdim etdi: “Argentina güclü olacaq”. Plan Boynes Ayresdə 20.000 iş imkanı yaratmağı məqsəd götürüb.

 “La Nacion” (Kosta Rika): Kosta Rika iqtisadiyyatı ABŞ-İran gərginliyində zirvəyə qalxacaq.

“France 24”: Düşən “Boeing” sərnişin təyyarəsi Castin Tryudoya görə İranın atdığı raket tərəfindən vuruldu. 

 “Le Mond”: İran İraqdakı ABŞ-ın hərbi bazalarını bombaladı

“Liberation”: Pensiya ilə əlaqədar islahatlara etiraz edən nümayişçilərin aksiyaları davam edir.

“RİA Novosti” xəbər agentliyi: Avropa Jurnalistlər Federasiyası “Sputnik Estoniya” agentliyində işləyən jurnalistlərlə əlaqədar hüquq pozuntularının olduğu barədə Avropa Şurasını məlumatlandırıb.

 “Lenta.ru”: ABŞ-ın Ukraynaya məxsus"Boeing 737" tipli sərnişin təyyarəsinə dəydiyi iddia edilən raketi müşahidə etmiş ola biləcəyindən şübhə edilir.

 “İzvetsiya” qəzeti: Rusiya İran mövzusunda bütün tərəfləri təmkinli olmağa çağırdı.

“Deutsche Welle”: Din İşləri üzrə Türk İslam Birliyi Almaniyada imam yetişdirməyə başladı.

“Handelsblatt.com”: İran gərginliyi qlobal bazarlarda təzyiq yaradarkən, qızılın qiyməti 2013-cü ildən bəridir ən yüksək səviyyəsinə çıxdı.

Deutschlandtoday”:Avropa Parlamenti üzvü Qraf Lambsdorf Almaniya hökumətini İran diplomatiyasında daha çox cəhd göstərməyə dəvət etdi.



Әlaqәli Xәbәrlәr