Xarici mətbuat, 07 yanvar 2020

Xarici mətbuat və veriliş orqanlarında Türkiyə və dünya gündəminə dair əks etmiş mövzulardan bəzilərinin başlıqlarını diqqətinizə çatdırırıq.

1335969
Xarici mətbuat, 07 yanvar 2020

Xəbərim.az saytı: Britaniya diplomatları və ABŞ neftçiləri İraqdan çıxmağa başladılar.

525-ci qəzet (Azərbaycan):  İranın Silahlı Qüvvələrinin komandanı Əbdülrəhim Musavi ABŞ prezidenti Donald Trampın, ölkəsinin 52 obyektinin vurulması ilə bağlı təhdidlərinə sərt cavab verib.

Welt.de: NATO ABŞ-İran böhranı ilə əlaqəli fövqəladə yığıncaq keçirdi.

Süddeutsche Zeitung: Avropa Yaxın Şərqdəki müharibənin qarşısını necə almaq istəyir?.

Deutsche Welle: Almaniyanın Gelsenkirchen şəhərində bir Türk vətəndaşı polis tərəfindən öldürüldü.

Əl-Raya Əl-Katariya (Qətər): Prezident Ərdoğan Türkiyənin bölgədə cərəyan edən proseslərə biganə qala bilməyəcəyinə diqqət çəkib.

Əl-Şərq Əl-Avsat (Səudiyyə-İngilis): ABŞ Müdafiə Nazirliyi İraqdakı ABŞ qoşunlarının ölkədən çıxmalarına dair planlarının olmadığını bildirib.

VATAN (Oman): İraq xarici qüvvələri ölkədən çıxarmaq üçün ilk addımları atmağa başladı. Vaşinqton isə İraq parlamentinin söz mövzusu qərarına görə Bağdada sanksiya tətbiq edəbiləcəklərini açıqladı. Londonun İraqla bağlı konkret planı yoxdur. Paris isə məsələni müzakirə etmək üçün vaxt tələb edir.

La Vanguardia (İspaniya): Mərkəzi Seçki Komissiyasının qərarına baxmayaraq, Avropa Parlamenti həbsdə olan katalan siyasətçisi Oriol Junquerası Avropa parlamentinin seçilmiş deputat olaraq qəbul etdi.

La Bolivia: Bolivida mayın 3-də preziden seçkiləri keçiriləcək.

Le Fiqaro (Fransa): Həmkarlar ittifaqları və hökumət Pensiya ıslahatına dair danışıqlarara yenidən başlayır.

Fransa 24: ABŞ ordusu səhvən İraqdan çıxacaqlarını açıqladı, daha sonra bunu təkzib etdi.



Әlaqәli Xәbәrlәr