Xarici mətbuat, 6 yanvar 2020

Xarici mətbuatda Türkiyə və dünya gündəminə dair əks edən mövzulardan bəzi başlıqlar.

1335276
Xarici mətbuat, 6 yanvar 2020

Qafqazinfo (Azərbaycan): “Süleymaninin qızından  prezident Ruhaniyə: Atamın intiqamını kim alacaq?”

Əl-Raya Əl-Qatariya (Qətər): “Görən üçüncü böyük müharibəsinin fitili İraqda  atəşlənəcək?”

Əl-Şərq Əl-Avsat (Səudiyyə-İngilis): İraqda etiraz aksiyalarına qatılanlar ölkənin İran və Amerika işğalından xilas olmasını tələb edirlər.

Vətən (Oman): İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri üzrə komandiri Qasim Süleymaninin ölümü münasibətiylə İraqda matəm elan edilərkən, Avropa ölkələri tərəfləri sakit olmağa çağırdı. Avstriya isə İran-Amerika sammitinin keçirilməsini təklif etdi.

Deutsche Welle: Türkiyə Liviyaya qoşun göndərməyə başladı

Focus.de: Tramp İraq parlamentinin ABŞ qoşunlarının ölkədən çıxarılmasını nəzərdə tutan qərarına sərt reaksiya verdi və sanksiya tətbiqi ilə təhdid etdi. 

Zeit.online: İran daha nüvə razılaşmanın şərtlərini yerinə yetirmək istəmir.

Le Fiqaro: Fransa prezidenti Makron İran mövzusunda Tramp ilə həmrəy olduğunu bildirib.

Le Soir (Belçika): İran nüvə sazişindən üz döndərir

El Mundo (İspaniya): 2019 Meksika üçün ən qanlı il oldu.

El Pais (İspaniya): Pedro Sançes seçkilərin ilk turunda qalib gələmədi.

Clarin (Argentina): Nikolas Maduro Venesuela Parlamentinin rəhbəri Juan Quaidonu vəzifəsindən azad etdi. Onun   yerinə  Luis Parranı təyin etdi.

RİA Novosti: Yaponiyalı döyüş mütəxəssisinə görə Sovet istehsalı “MiG-25 qırıcı təyyarə” dünyanın ən sürətli təyyarəsi hesab edilir.

Gazeta.ru: Rusiyanın gənc xokkey komandası dünya finalında Kanada komandasına uduzdu.

"İzvestiya" qəzeti: Ukraynada irqçlərin simvolu hesab edilən Stepan Banderanın heykəlinin Rusiya sərhədindəki bir şəhərdə qurulması təklif edildi.

 



Әlaqәli Xәbәrlәr