Xarici mәtbuat: 25 dekabr 2019

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqlarını tәqdim edirik.

1329212
Xarici mәtbuat: 25 dekabr 2019

 

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqlarını tәqdim edirik.

‘‘Azәrtac’’ (Azәrbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətlərində snayperlәrdən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub.

‘‘Azәrtac’’ (Azәrbaycan): Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

 

‘Kaspi.az’’ (Azәrbaycan):  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib.

 

‘‘Deutsche Welle’’: Almaniya prezidenti Steinmeier deyib: ‘‘Demokratiyanın bizә ehtiyacı var’’.

‘‘Frankfurter Allgemeine Zeitung’’: Almanlar Fransa prezidenti  Emmanuel Makrona  Almaniya kansleri Angela Merkeldәn daha çox etibar edir.

 

‘‘Al Jazeera TV’’: Böhranla bağlı diplomatik hәrәkәtlilikdәn sonra Türkiyә Parlamenti Liviyaya hәrbçi göndәrmәk ilә bağlı mәsәlәni müzakirә edir.

‘‘Al Quds Al Arabi’’: Hindistanın federal parlamentinin mübahisəli vətəndaşlıq qanunları rәsmi olaraq ayrıseçkiliyә imkan verir.

‘‘Al Quds Al Arabi’’: Birlәşmiş Әrәb Әmirliklәri yәhudilәri Hanuka bayramı münasibәtilә tәbrik edib.

‘‘Al-Raya’’: İsrail Pakistanın 24 rәsmisini izlәyib.

 

‘‘Le Monde’’: Kanadanın  Port Hardi bölgәsinin qәrbindә 6,3 bal gücündә zәlzәlә qeydә alınıb.

‘‘Le Parisien’’: Fransada pilotlar vә stüardessalar tәtili lәğv edә bilәr.

‘‘Le Figaro’’: Yunanıstan: Dәlәduzluqda günahlandırılan Rusiya vәtәndaşının Fransaya ekstradisiyası tәxira salınıb.

 

‘‘El País’’ (İspaniya): İspaniya kralı VI Filippe Milad bayramı ilә bağlı verdiyi açıqlamada dialoq ilә bağlı çağırış edib.

‘‘La Razón’’ (Boliviya): Meksika hökumәti La Pazdakı sәfirliyini mühasirәyә alınmasına görә  narahatdır.

‘‘La Tercera’’ (Çili): Çilinin Valparaiso şәhәrindә iki gündür davam edәn yanğın nәticәsindә 120 ev yanıb.

 

‘‘TASS’’ xәbәr agentliyi: Sәnaye vә Ticarәt naziri Denis Manturov  ‘‘Apple’’ şirkәtinin Rusiya bazarından çıxmayacağını söylәyib.

 ‘İzvestia’ qәzeti : Rusiya rublunun mәzәnnәsindә rekord sәviyyәdә artım müşahidә olunub.

‘‘RİA Novosti’’ xәbәr agentliyi: İran  ABŞ birliklәrini ölkәsindәn çıxarmaq mәsәlәsindә Suriyaya kömәk etmәyә hazırdır.



Әlaqәli Xәbәrlәr