Xarici mətbuat, 09 dekabr 2019

“Al Raya – Al Katariya”, “Alsharq Alawsat”, “Vatan”, “Bild.de”, “Spiegel.de”, “Deutsche Welle”, “İnfobae”, “La Vanguardia”, “RPP”, “Gazeta.ru”, “RBK”, “İzvestiya”, “France 24” və “Le Monde” bu gün nələrdən yazır?

1319914
Xarici mətbuat, 09 dekabr 2019

 

Al Raya – Al Katariya” (Qətər): Körfəz Zirvəsi dekabrın 10-da Səudiyyə Ərəbistanının paytaxtı Riyadda olacaq.      

Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): İraqda 2626 nümayişçi azad edilir… Bağdad əməliyyatlar komandiri vəzifədən alınır.

Vatan” (Oman): Suriyanın şərqində təşkil edilən hava hücumunda İran tərəfdarı 5 döyüşçü öldü.   

Bild.de”: Almaniya kansleri Angela Merkel dekabrın 9-da Rusiya prezidenti Vladimir Putinlə bir araya gəlir. 

Spiegel.de”: Rusiya olimpiadalardan məhrum edilə bilər.

Deutsche Welle”: Dünyada silah istehsalı bütün sürətiylə davam edir. İsveçin paytaxtı Stokholmda olan Beynəlxalq Sülh İnstitutu (SİPRİ) dünyanın ən böyük 100 silah istehsalçısının 2018-ci ildə limiti aşdığını bildirib.

İnfobae” (Argentina): Kolumbiyada İvan Duque hökumətinə qarşı yeni etiraz başladı.

La Vanguardia” (İspaniya): Kataloniyanın Respublikaçı Sol Partiyasının (ERC) Yeni il öncəsi İspaniya Sosialist Fəhlə Partiyası (PSOE) ilə bir araya gəlməsi çox çətin məsələ kimi görünür.

RPP” (Şili): Şili hökuməti təzyiqə qarşı edilən etiraz nümayişlərindən sonra polis islahatını açıqladı.

Gazeta.ru”: Rəsmi Moskva Normandiya Dördlüyü zirvə toplantısında sərt bir duruş sərgiləyəcək.

RBK”: Rusiya konstitusiyasının dəyişilməsini istəyən vətəndaş sayı 1,5 qat artdı. Rusiyalıların 68 faizi konstitusiyada dəyişikliklər edilməsini lazım bilir.

İzvestiya”: Stoltenberq Rusiyanı “NATO-nun düşməni” kimi xarakterizə etmək fikrini qəbul etmir.  

France 24”: Təqaüd islahatı ilə bağlı tətil və hərəkatlar davam edir

Le Monde”: Amerika Birləşmiş Ştatları hələ də dünyanın ən böyük silah istehsalçısıdır.



Әlaqәli Xәbәrlәr