Xarici mәtbuat: 12 noyabr 2019
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.
‘‘Azәrtac’’ (Azәrbaycan): Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
‘‘Azәrtac’’ (Azәrbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub.
‘‘Kaspi.az’’ (Azәrbaycan): Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək.
‘‘El País’’ (İspaniya): İspaniya Süper Kuboku üç il әrzindә Sәudiyyә Әrәbistanında oynanacaq.
‘‘El Tiempo’’ (Kolombiya): İstefa verәn Evo Morales Meksikanın sığınacaq ilә bağlı tәklifini qәbul edib.
‘‘El Clarín’’ (Argentina): Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp Evo Moralesin istefa qәrarı ilә bağlı deyib: ‘‘Demokratiyaya bir addım da yaxınlaşdıq’’
‘‘Al sharq Al Awsat’’: ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının qurucusu İstanbulda ölü tapıldı.
‘‘Al sharq Al Awsat’’: Tramp: ‘‘Rәsmi Vaşinqton Bağdadinin varisini izlәyir’’
‘‘Alraya’’ (Qәtәr): Iraqda ölü vә yaralı sayı artmaqda davam edәrkәn rәsmi Vaşinqton növbәdәnkәnar seçkilәr ilә bağlı çağırışlar edir.
‘‘Aljaeera.net’’: İsrail Qәzza vә Dәmәşqdә İslami Cihad liderlәrini hәdәf alır.
‘‘Spiegel.de’’: Meksika Hәrbi Hava Qüvvәlәrinә mәxsus bir tәyyarә Boliviya prezidenti Evo Moralesi Meksikaya apardı. Ancaq vәzifәsindәn kәnarlaşdırılan dövlәt başçısı qayıdacağına and içdi.
‘‘Ard.de’’: ABŞ prezidenti Donald Tramp Avropadan idxal edilәcәk avtomobillәrә әlavә gömrük vergisi tәtbiq etmәk ilә bağlı qәrarını tәxirә saldı. Bu barәdә yerli media orqanları mәlumat yayıb.
‘‘Deutsche Welle’’: Almaniyada 2018-ci ildә kiber cinayәtlәrin artdığı müşahidә olunub. Ölkədə rəqəmsallaşma ilə kiber cinayətlərin artdığı bildirilir.
‘‘Le Figaro’’: Fransızlar Macron və Le Pen arasında 2022-ci ildə keçirilәcәk seçkilәr zamanı ciddi mübarizәnin yaşanacağını proqnozlaşdırır. Ölkә sakinlәri bunun yaşanmasını istәmir.
‘‘Le Parisien’’: Noyabrın 11-dә Fransada son 16 ilin әn güclü zәlzәlәsi baş verdi.
‘‘Le Soir’’: Belçika Dəmir Yolları sürücüsüz qatarları sınaqdan keçirәcәk.
‘‘TASS’’ agentliyi: Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Rusiya prezidenti Vladimir Putin ilә Ukrayna prezidenti Vladimir Zelenskinin görüş keçirmәlәrinin әhәmiyyәtindәn danışıb.
‘‘Ria Novosti’’ agentliyi: Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan 12-13 noyabr tarixlәrindә Amerikaya edәcәyi sәfәr çәrçivәsindә ABŞ prezidenti Donald Tramp ilә S-400 vә Patriot sistemlәrinin satın alınması ilә bağlı mәsәlәni müzakirә edәcәk.
Әlaqәli Xәbәrlәr
Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar