Xarici mətbuat, 23 oktyabr 2019

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

1293043
Xarici mətbuat, 23 oktyabr 2019

“AZƏRTAC” (Azərbaycan): Oktyabrın 23-də Bakıda Qoşulmama Hərəkatının Nazirlər Görüşü işə başlayıb.

“trend.az” (Azərbaycan): “Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır”

“Alsharq Alawast”(Səudiyyə Ərəbistanı-ingilis dilində): Putin Suriya ilə əlaqədar (çox əhəmiyyətli) qərarlardan bəhs edir…Və Ərdoğan tarixi razılaşma deyir.

“Al Quds Al Arabi”: “Livanın cənubunda İsrailə məxsus bir PUA düşürüldü”

“Al Quds Al Arabi”: ““Washington Post”: Tramp ABŞ-ı Orta Şərqdən çıxara bilməz”

“El Mundo” (İspaniya): Çili dövlət rəhbəri Sebastian Pinera “dünyagörüşündə çatışmazlıq” olması səbəbindən vətəndaşlarından üzr istəyərək, hökumət proqramı və siyasətində ciddi dəyişiklik edəcək Böyük Milli Razılaşma planını elan etdi.

“La Vanguardia” (İspaniya): Nümayişlərin davam etdiyi Kataloniyanı bir də yağan yaşı məhv etdi: 3 nəfər daşqın nəticəsində həlak oldu.

“El Pais” (İspaniya):  İspaniya Ədliyyə Nazirliyi ilin axırınadək Fransa dövrünə məxsus 13 kültəvi qəbiri açmağı planlaşdırır.

“Le Figaro” (Fransa): “ Suriya: Putin ilə keçirilən görüşdən sonra Ərdoğan “tarixi razılaşma əldə olunduğunu” bildirdi”

“Le Mond” (Fransa): “Fransanın cənubunda güclü yağış yağacağı proqnozlaşdırılır və daşqın təhlükəsi var"

 “Le Soir” (Belçika): “Suriya: bir qadın döyüşçü Belçikaya qayıtmaq üçün rəsmi olaraq məhkəməyə müraciət etdi”

“Bild.de”:  Almaniyada qeyri-adi hava şəraiti. Payız olmasına baxmayaraq, temperatur 20 dərəcədir.

“Tagesschai.de”:  Rusiyanın Soçi şəhərində görüş keçirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin YPG-nin Suriyanın şimalından çıxması barədə razılıq əldə etdi.

“Spiegel.de”: 11 milyon Şimali koreyalı kiyafətsiz qidalanır. BMT-nin araşdırmasına görə, on minlərlə uşaq da ölüm təhlükəsilə qarşı-qarşıyadır.

“RBK” xəbər saytı: Rusiya Səfirliyi ABŞ Dövlət Katibliyindən sabiq Rusiya Olimpiada Komitəsi sədrinin müavini Əhməd Bilalovun Miamidə saxlanılmasına dair məlumat istədi.

“Lenta.ru” xəbər saytı: Soçidə keçirilən Türkiyə-Rusiya dövlət başçılarının görüşündən sonra Türkiyə Suriyadakı “Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgədən kənarda yeni əməliyyat keçirməyəcəyini açıqladı.

 “İzvestiya” qəzeti: Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Normandiya formatı üçün üzərinə düşəni yerinə yetirdiyini və yaxın zamanda görüşlərin başlayacağına ümid etdiyini söylədi.



Әlaqәli Xәbәrlәr