Xarici mətbuat, 3 oktyabr 2019

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

1280873
Xarici mətbuat, 3 oktyabr 2019

“AZƏRTAC” (Azərbaycan): “Azərbaycan hökuməti terror qurbanlarını dəstəkləmək üçün əlindən gələni edir”

“trend.az” (Azərbaycan): Bu ay Bakıda daha iki beynəlxalq incəsənət layihəsi – MAP Teatr Festivalı və Bakı Caz Festivalı gerçəkləşəcək.

 “Alsharq Alawast”(Səudiyyə Ərəbistanı-ingilis dilində): “İraq bir daha açıqlanana qədər paytaxt Bağdadda komandat saatı elan etdi.

“Alsharq Alawast”: Rusiyanın xarici işlər naziri Sergey Lavrov: Dövlət başçısı Vladimir Putinin Səudiyyə Ərəbistanına səfəri tərəfdaşlığımızı yeni bir mərhələyə qaldıracaq.

“Al-Khaleej” (BƏƏ): Fələstinli Əsirlər Klubu: İsraildə məhkum tutulan fələstinlilərin 95 faizinə işgəncə verilir.

 “El Mundo” (İspaniya): “Donald Trampın qeyri-qanuni köç üçün həll yolu: Sərhəddə timsahlarla dolu bir xəndək açmaq”

“Telesur” (Venesuela): “Rusiya-Venesuela hökumətlərarası Komissiyası Karakasda yığıncaq keçirəcək”

“El Pais” (İspaniya):  Xaşoqçinin yoldaşlarından biri: “Qatillər uğursuz oldu, onu (Xaşoqçini) bir ikona çevirdilər.

“Le Mond” (Fransa): “Airbusa edilən pul yardımı: Dünya Ticarət Təşkilatı Trampa Avropanı cəzalandırmasına icazə verir”

“Le Figaro” (Fransa): “İslahatlar olmadan Makron 5 illik vəzifəsinin yol xəritəsini itirər”

 “France 24” (Fransa): “Fransada Lubrizol fabrikindəki yanğından sonra ehtimal olunan dioksin buraxılması narahatlıq doğurdu”

“ZDF.de” : “ Merkel Rusiyaya qarşı tətbiq olunan sanksiyalara  təkid edir”

“NDR.de”:  “Almaniya Birləşmə Günü: Merkel və Ştaynmayer Kieldəki mərkəzi mərasimlərdə iştirak edəcəklər”

 “DW”:  “Araşdırmaya görə Almaniyada əmlak bərabər səviyyədə paylanmır”

“İzvestiya” qəzeti (Rusiya): “Rusiya-Qazaxıstan sərhədində Qızıl Orda Dövləti xanlarının məqbərələri aşkarlandı”

“Lenta.ru” xəbər saytı: “Rusiya xarici ölkələrə rekord miqdarda kredit verəcək”

 “Vesti” qəzeti (Rusiya): “Rus bankı “Sberbank”da maliyyə sektorunun ən böyük şəxsi məlumatlarında sızma oldu”



Әlaqәli Xәbәrlәr