Xarici mətbuat, 19 avqust 2019

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

1254498
Xarici mətbuat, 19 avqust 2019

“AZƏRTAC” (Azərbaycan): “Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Almaniyaya 600 milyon 894 min dollar dəyərində məhsul ixrac edib”.

 “trend.az” (Azərbaycan): “Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub”.

 “Al-Raya Al-Katariya” (Qətər): “Səudiyyə Ərəbistanının hava limanları dünyanın ən pis limanlarıdır”

“Al-Sharq Al Awsat”: “Türkiyədən Suriyanın İdlib bölgəsinə istiqamətli hərbi seçimə eyham…və İranın “təhlükəsiz bölgə” naharatlığı”

“Alquds Alarabı”: “İsrailin baş naziri Binyamin Netanyahu Qəzzaya böyük bir hərbi əməliyyat başladacağına dair təhdid edir”

“Le Parisien” : “Macron-Putin: Aradakı buzlar necə əriyəcək?”

“Le Mond” (Fransa): “Macron-Putin arasında yaxınlaşma siqnalı”

“Le Figaro” (Fransa): “Fransa Open Arms gəmisindəki qaçqınlardan 40-nı qəbul edəcəyini açıqladı””

 “Əl Pais” (İspaniya): İspaniya miqrantları daşıyan Open Arms gəmisinə öz limanlarını açır, amma qeyri-hökumət təşkilatları oraya çatmağın qeyri-mümkün olduğunu düşünür.

“ABC” (İspaniya): Kanar adalarındakı yanğında indiyədək 3400 hektar meşə sahəsi kül oldu, 5 min nəfər ev-eşiyini tərk etmək məcburiyyətində qaldı.

“La Vanguardia” (İspaniya): Əgər Argentina Krichnerizmə qayıtsa Braziliya Mercosurdan (Cənubi Amerika ölkələrinin ticarət təşkilatı) çıxmaqla təhdid edir.

 “Deutsche Welle”: Yəhudilər Mərkezi Şurası AfD-yə xəbərdarlıq etdi. Yəhudilər Mərkəzi Şurasının sədri Cozef Şuster Almaniya üçün Alternativ (AfD) Partiyasının ultura sağ ilə ortaya qoyduğundan daha güclü əlaqələri olduğu barədə xəbərdarlıq etdi.

“Franfurter Allgemeine Zeitung (FAZ)”: ABŞ prezidenti Donald Tramp rəsmi Çinə Honqkonkdakı zorakılıq barədə xəbərdarlıq etdi.

“Süddeutshe Zeitung”:  Federal hökumət pilotsuz uçuş aparatlarına qarşı hava limanlarının təhlükəsizliyini artırmağı planlaşdırır.

“RBK” xəbər saytı: İngiltərədə bir araşdırma qrupu Rusiyanın 2014-cü ildə Ukraynanın şərqindəki toqqaşmalara qatıldığına dair peyk görüntülərini əldə etdi.

“Lenta.ru” xəbər saytı: Rusiyaya ən çox borcu olan ölkələr açıqlandı. İlk üç yerdə Belarus, Ukrayna və Venesuela qərarlaşıb.

“İzvestiya” qəzeti: Rusiya Dəniz Donanmasının təlim müddəti NATO qüvvələrinin etirazları və mənfi hava şərtləri səbəbindən uzanıb.



Әlaqәli Xәbәrlәr