Xarici mətbuat

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

1189881
Xarici mətbuat

AZƏRTAC (Azərbaycan): "İspaniya hökuməti mərakeşli uşaqların geri göndərilməsi prosesinə başlayır"

Trend İnformasiya Agentliyi (Azərbaycan): "BP və tərəfdaşları strateji idarəetmə üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirir"

Kaspi.az (Azərbaycan): " İyunda Bakıda "Road and Traffic" sərgisi keçiriləcək"

"Alsharq Alawsat "(Səudiyyə Ərəbistanı-ingilis dilində): "Üç generalın istefası Sudanda gərginliyin azalmasına səbəb oldu"
 
 "Al-Raya Al-Katariya" (Qətər): "Birləşmiş Ərəb Əmirlikəri Afrikadan qızıl qaçırılmasında ana mərkəz mövqeyindədir"
 
 "Ali Ahram" (Misir): "Misir dövlət başçısı Əl Sisi Çində keçirilən "Bir nəsil, bir yol" sammitində iştirak edir.
 
  "Stern.de": "Boeing"in qazancı azaldı: "ABŞ-ın aviasiya nəhəngi "Boeing"in qazancı "737 MAX 8" tipli 2 təyyarənin qəzaya uğramasından sonra ilin ilk rübündə azaldı"
 
 "Spiegel Online": "Sağ populizmi yayılır; Hər iki almandan birinin sığınmacılara qarşı kini var"
 
 "Frankfurter Allgemeine Zeitung": "Vladivostokda görüş; Kim və Putin nəyə ümid edirlər?
 
 " El Mundo" (İspaniya): "Katalon hökuməti "Quema də Judas" festivalı zamanı "Sevilla/Coripe"də Karles Puçdemonu (Carles Puigdemont) təmsil edən bir kuklanın yandırılaraq nifrət cinayətinin törədildiyini bildirdi.
 
 "Clarin" (Argentina): "İspaniyada bazar günü keçiriləcək seçkilər: Dörd partiyanın üstüörtülü mübarizəsi ölkədəki ikipartiyalı hakimiyyət dövrlərinin sonunu gətirə bilər"
 
 "El Pais" (İspaniya): "Paytaxt Mexikonun sakinləri şəhərdə aparılan işlərin nəticəsi olaraq ortaya çıxan hava çirkliliyi barədə məhkəməyə müraciət etməyə hazırlaşırlar"
 
  
 "Le Temps" (İsveçrə): "Rusiya Şimali Koreya oyununda yenidən səhnədədir"
 
 "Le Monde": "Emmanuel Makron "böyük çıxışını" necə hazırladı?"
 
 "Le Figaro": "Məhkəmə "Renault-Nissan"ın sabiq icraçı direktoru Karlos Qonun (Karlos Ghosn) azadlığa buraxılma tələbini qəbul etdi"
 
" İzvestiya" qəzeti (Rusiya): "Rusiya Xarici Kəşfiyyat İdarəsinin sədri Sergey Narışkin ABŞ-ın Venesuelada hərbi əməliyyata hazırlaşdığının əlamətlərinin göründüyünü söylədi"
 
"Ria Novosti" agentliyi (Rusiya): "Putin Kim Çen İnlə ətraflı müzakirələr apardıqlarını söylədi"
 
 "lenta.ru" xəbər saytı (Rusiya): "Ukrayna seçkilərində qalib gələn Zelenskinin mətbuat ofisi Putinin Donbass sakinlərinə Rusiya pasportu verilməsi əməliyyatlarını asanlaşdırma göstərişinin Rusiyanın bir işğalçı dövlət olaraq öz məsuliyyətlərini qəbul etdiyi mənasına gəldiyini bildirdi.



Әlaqәli Xәbәrlәr