Xarici mətbuat

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

1144274
Xarici mətbuat

“Trend” informasiya agentliyi (Azərbaycan): “Müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbul şəhərinin Çəkməköy səmtində hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb”.

“kaspi.az” (Azərbaycan): “Lavrov və Pompeo Suriya, Əfqanıstan və Koreya yarımadası barədə müzakirələr aparıblar”

AZƏRTAC (Azərbaycan): “Azərbaycan taekvondoçuları Antalyada "Prezident kuboku" yarışında dörd medal qazanıblar”

“Alsharq Alawsat” (Londonda nəşr olunan ərəb dilində qəzet): “ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Şanahan ölkəsinin İraqdakı mövcudluğu ilə əlaqədar qorxulara son qoymaq məqsədilə Bağdada planlaşdırılmamış səfər edib”

“El-Mustkbal” (Livan): “Türkiyə 22 fevralda Əfqanıstanla bağlı Rusiya-ABŞ arasında keçiriləcək görüşlərə ev sahibliyi edəcək”

 “Al-Raya Al-Katariya (Qətər): “ Qətər İran ilə bölgə ölkələri arasındakı dialoqa dəstəyini bildirdi”

 “T-Online (Almaniya): “Türkiyədəki  çevriliş cəhdi ilə bağl olaraq mindən artıq Gülən tərəfdarı axtarışdadır”

 “DW” (Deutsche Welle) (Almaniya): “Diplomatiya sahəsində Səudiyyə Ərəbistanının Almaniyadakı səfirilə əlaqədar mübahisələr gedir”

“ARD” (Almaniya): ““Şimal axını-2” qaz kəmərilə bağlı mübahisələrdə Avropa İttifaqı razılıq əldə etməyin yollarını axtarır”

“Le Figaro (Fransa) : ““Sarı jiletlilər”: Təhlükəsizlik qüvvələrindən iki vəzifəlini döyən sabiq boksçu Kristop Dettinger hakim qarşısına çıxdı”

 “France 24” (Fransa) : Belçikadakı ümumi tətilə görə bu ölkəyə gedən yaxud bu ölkədən qalxan bir dənə də təyyarə yoxdur”

Le Monde” (Fransa : “Fransada “Sarı jiletlilər”in etiraz aksiyaları əsnafa baha başa gəldi”

“‘Kommersant” qəzeti (Rusiya) : Moskva hava limanında yağan güclü qara görə 40-dan artıq reys ya təxirə salında yaxud da ləğv olundu”

“TASS” xəbər agentliyi (Rusiya): “İngiltərənin Xarici İşlər Nazirliyi Avropa İttifaqı ilə Rusiyaya qarşı yeni sanksiya qərarlarını müzakirə etdiyini təsdiqlədi”.

“İzvestiya” qəzeti (Rusiya): “Rusiya Dövlət Duması Qərbin yeni sanksiyalarını vəsvəsə olaraq qiymətləndirdi”



Әlaqәli Xәbәrlәr