Xarici Mətbuat 02.03.2018

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

921480
Xarici Mətbuat 02.03.2018

Rusiyanın Səsi Radiosu: Prezident Rəcəb Tayyib Ərdoğan, separatçı terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması PYD-YPG-nin quldurbaşçısı Müslimin praqada tutulduqdan bir gün sonra azadlığa buraxılması Çexiyanı terrora dəstək verən ölkə mövqeyinə saldığını qeyd edib.

 Almaniya Deutsche Welle (DW) media orqanı: Xarici işlər naziri Mövlud Çavuşoğlu, separatçı terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması PYD-YPG-nin quldurbaşçısı Saleh Müslimin praqa məhkəməsi tərəfindən sərbəstliyə buraxılmasına sərt reaksiya verib. Çexiya rəhbərliyinə nota verildiyini, mövzu ilə əlaqəli lazımlı addımları atmaqda imtina etməyəcəklərini bildirib.

Makedoniya Nova Makedonija qəzeti: Türkiyə, Amerika Birləşmiş Ştatları (ABŞ) səfirliyinin Qüdsə köçürülməsinə dair qərarının sülhə zərbə endirdiyi nəzərindən müdafiə edir.

ABŞ-ın CNN Beynəlxalq Xəbər Kanalı: Prezident Rəcəb Tayyib Ərdoğan ilə Fransa prezidenti emmanuel Macron arasında baş tutan telefon danışığında Suriyadakı son proseslər və ikitərəfli münasibətlər müzakirə edilib.

Rusiya informasiya agentliyi Ria Novosti: Türkiyə, Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin, “Ankara və Vaşinqtonun Suriyanın Afrin bölgəsində gərginliyin azaldılmasına dair danışıqlar aparılır sözünü təkzib edib.

İran xəbər agentliyi: Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Özbəkistan Prezidenti Şövkət Mirziyoyev arasında baş tutan telefon danışığında əməkdaşlığın irəli pillələrə qaldırılması, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparıb.

 ABŞ Turkish American Veb Saytı: Amerika Birləşmiş Ştatları (ABŞ) -ın Çikaqo ştatında Ermənilərin Azərbaycanlı dinç əhaliyə istiqamətli törətdikləri Xocalı Qətliamından etiraz edilib.

Krım QHA İnformasiya Agentliyi: Baş qərargah Rəisi Ordu General Hulusi Akar, Suriyanın Afrin bölgəsində, terrorçular və terrorçuları dəstəkləyən xarici qüvvələrin məğlubiyyətə uğrayacağını deyib.

 ABŞ Türkish American Web Portalı: Türkiyə-Amerika Birləşmiş Ştatları arasındakı problemlərin həllinə dair danışıqlar 8 Martda başlayacaq.

Rusiya Sputnik internet Saytı: "Amerika Birləşmiş Ştatları (ABŞ) nin, Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının Suriyada atəşkəs qərarını Türkiyə yaxşı oxumalıdırdır” sözünə Türkiyə sərt reaksiya verib və belə ifadələrin behudə olduğunu bildirib.

BBC veriliş orqanı: İraq mərkəzi hökümətinin rəhbəri Kərkük neftinin yenidən Türkiyə üzərindən ixrac ediləcəyini bildirib.

Rusiya Sputnik internet Saytı: Rusiya Kənd Təsərrüfatı Məhsulları Nəzarət Agentliyinin (Rosselhoznadzor) Mətbuat Katibi Yuliya Melano bildirib ki, 5 Martdan etibarən Türkiyədən badımcan, nar, istiot, buruq, balqabaq idxalına icazə veriləcək.

Almaniya, informasiya gentliyi DPA: Xarici işlər Naziri Mövlud Çavuşoğlu, 7 Mart çərşənbə günü dünyanın ən böyük turizm sərgilərindən Beynəlxalq Berlin Turizm Sərginə baş çəkəcək.

Reuters xəbər agentliyi: Xarici İşlər Nazirliyinin Sözçüsü Həmid Aksoy deyib ki, Amerika Birləşmiş Ştatları (ABŞ), Birləşmiş Millətlərin Suriyada atəşkəs qərarını fərqli istiqamətlərə əsaslandırmaq istəyir. Atəşkəs Afrindəki terrorçulara istiqamətli Zeytun Budağı əməliyyatını əhatə etmir. ABŞ, qərar ilə əlaqəli səhv ifadələrlə terrorçuları dəstəkləməyə çalışır.

 Voice of Amerika: Xarici İşlər Nazirliyi, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsünün ‘Ankara ilə Afrinde gərginliyi azaltmaq üçün diplomatik danışıqlar aparırıq, sözünü təkzib edib.

BBC Yayım təşkilatı: Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın cəhdləriylə Suriyada Əsəd qüvvələri tərəfindən mühasirə edilmiş olan Şərqi Qutadan bir qrup dinç sakinin təxliyəsinə nail olduq.

İran xəbər agentliyi Fars: 2017-ci ildə Türkiyəyə 2.5 milyon İranlı turist gəldi. Buna görə Türkiyəyə ən çox turist göndərən ölkələr arasında İran ikinci Almaniya birinci sırada iştirak edərkən,

Almaniya media orqanı Deutsche Welle (DW): Avropa İttifaqı üzvü ölkələr Türkiyəyə qarşı haqsız tənqidlərdən imtina etməli. Çünki Türkiyə, Aİ-nin davam edən miqrant böhranını idarə edəbilmisində əhəmiyyətli rola malikdir.



Әlaqәli Xәbәrlәr