Xarici Mətbuat

Türkiyənin gündəmindəki  əsas mövzular  xarici  mətbuat və  veriliş   orqanlarında

783625
Xarici Mətbuat

Almaniya media  orqanı  DW-də  "Türkiyə ilə üzvlük müzakirələri davam etməli"  başlığı   ilə əks  edən  xəbərdə: Avropa İttifaqı  Komissiyasının  Başçısı Jean-Claude Juncker, Türkiyənin Aİ-nın   əhəmiyyətli  qonşusu olduğunu  xatırladaraq  Türkiyə-Aİ arasındakı üzvlük  müzakirələri  davam etməlidir deyib. Mərkəzi Brüsseldə olan Politico informasiya agentliyinə  müsahibə verən Juncker: “Avropa Parlamentinin  tələbinin əksinə Türkiyə-Aİ arasındakı   üzvlük  müzakirələri  təxirə   salınmamalıdır. Türkiyə Aİ-nin əhəmiyyətli qonşusudur.  Avropa   İttifaqına   üzvlük   müzakirələri   davam  etdirilməlidir”.

Rusiya infarmasiya   agentliyi  Sputnik: Çavuşoğlu Çində: Tek Çin siyasətinə ən  güçlü  dəstək  verən  ölkələrdən birinin  də  Türkiyə  olduğunu  vurğulayıb.  

Xarici işlər naziri Mevllüt Çavuşoğlu  Çinə   rəsmi   səfəri   çərçivəsində   həmkarı Wang Yi ilə bir araya gəlib. Görüş  zamanı  Türkiyənin Tek Çin Siyasətinə ən güçlü   dəstək  verən  ölkələrdən  birinin  də   Türkiyə  olduğuna   diqqət  çəkən  Çavuşoğlu: “Çinin təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi görürük. Həm  ölkəmizdə,  həm  də  bölgəmizdə Çinə  yönəlik  heç bir  mənfi fəaliyyətə icazə vermərik”.

Almaniya DW: "Nəhəng  tenderi Alman Siemens qazandı. Türkiyənin ilk Külək Enerjisi Yenilənəbilən Enerji Kaynak Sahələri tenderini Alman Siemens-Türklərlə Kalyon konsorsiumu qazanıb. Konsorsium  bu  sahədə 1 milyard dollarlıq   investisiya edəcək. Bin meqavatlık külək enerjisi tutumu yaradılması üçün açılan tender, Türkiyənin ilk Külək Enerjisi Yenilənəbilən Enerji Kaynak Sahələri tenderi olma xüsusiyyətini daşıyır.

ABŞ Turkish American Web Portalı: “İnflyasiya 10% altına endi”

Dövlət Statistika Agentliyinin məlumatına görə iyul ayında aylıq inflyasiya 0.15%  artıb. İllik inflyasiya isə 6 ay fasilədən  sonra 9.79%  olub.  



Әlaqәli Xәbәrlәr