"15 İyul bizim yeni Çanaqqalamızdır", R.T.Ərdoğan

ABŞ-ın “Turkish Newyork”, Rusiyanın “Sputnik”, İranın IRNA xəbər orqanları Türkiyədən nə yazır? Xarici mətbuat, 14.07.2017.

770706
"15 İyul bizim yeni Çanaqqalamızdır", R.T.Ərdoğan

  ABŞ, “Turkish Newyork” veb portalı: "R.T.Ərdoğan: 15 İyul bizim yeni Çanaqqalamızdır"

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PYD) 15 iyulda çevriliş cəhdi zamanı qiyamçılara meydan oxuyan vətəndaşlara sonsuz təşəkkürünü bildirib. Çevriliş cəhdinin birinci ildönümü münasibətilə Ankarada Cümhurbaşkanlığı Sarayında təşkil edilən tədbirdə danışan Ərdoğan deyib: "Qurtuluş Savaşı və Çanaqqala Zəfərindən aldığımız cəsarət və etibarla qələbə çaldıq. 15 İyul bizim yeni Çanaqqalamızdır".

 Rusiya, “Sputnik” xəbər agentliyi: "M.Çavuşoğlu: “Bizim Aİ-dən əsas gözlədiyimiz Türkiyənin üzvlüyü məsələsinə səmimi yanaşılmasıdır".

  Rəsmi səfərə getdiyi Qambiyada həmkarı Ousainou Darbo ilə görüşündən sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu təşkil edilən mətbuat konfransında Türkiyə- Avropa İttifaqı əlaqələrinə toxunaraq deyib: "Bizim əsas gözləntimiz Aİ-nin Türkiyənin üzvlüyünə səmimi yanaşmasıdır. Yalnız ehtiyac duyduqları zaman deyil, hər zaman Türkiyənin əhəmiyyətini bilməlidirlər. Fərqli düşündüyümüz mövzular ola bilər, amma hər zaman oturub danışmağa hazırıq".

  İran, IRNA xəbər agentliyi: "N.Zeybekci: embarqoya məruz qalan Qətərdə məhsul çətinliyini aradan qaldıracağıq".

  İqtisadiyyat naziri Nihat Zeybekci ərəb ölkələrinin boykotundan sonra Ankaranın Qətərə ehtiyac duyduğu məhsulları 197 yük təyyarəsi, 16 karvan maşını və bir gəmiylə göndərdiklərini söyləyib. Ankarada Qətər İqtisadiyyat və Ticarət naziri ilə görüşən Zeybekçi Türkiyənin zamanında müdaxiləsilə Qətərdə məhsul probleminin azaldığına işarə edərək iki ölkə arasında dostluq əlaqələrinin sürməsi üzərində dayanıb: "Türkiyənin məqsədi Qətər xalqının təkcə qida deyil, uzun müddətli ehtiyaclarının təmin edilməsinə çalışmaqdır".

  Rusiya, “Sputnik” xəbər agentliyi: “TURSAŞ ilk türk JSF/F-35 təyyarəsinin orta gövdəsini amerikalılara təslim etdi"

  Türkiyə Havaçılıq və Kosmos Sənayesi AŞ (TUSAŞ) istehsalını tamamladığı ilk türk JSF/F-35 təyyarəsinin orta gövdəsini Amerika Birləşmiş Ştatlarının “Northrop Grumman” və “Lockheed Martin” firmalarına təslim etdi. Mərasimdə Türkiyə Müdafiə Sənayesi müşaviri İsmayıl Demir bunları söylədi: “Ən böyük müdafiə sistemi proqramı olan JSF layihəsi F-35 təyyarələrinin hava qüvvələri komandanlığının mühüm vurucu gücüdür. İstehsal və müəssisə mərhələləri üçün Türkiyə sənayesinə iş imkanları təmin edilməsi baxımından da çox əhəmiyyətli bir fürsətdir”.



Әlaqәli Xәbәrlәr