Ölkəyə geri dönməzlərsə, vətəndaşlıqdan çıxarılacaqlar

Xarici mətbuat, 7 iyun 2017

747282
Ölkəyə geri dönməzlərsə, vətəndaşlıqdan çıxarılacaqlar

  Yaponiya, “Kyodo” xəbər agentliyi: "Türkiyə Qətəra sanksiyaları tənqid etdi"

  Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misir kimi ərəb ölkələrinin 5 iyunda diplomatik əlaqələrini dondurduğu Qətərə sanksiyaları "Qəbul etmirik" deyərək tənqid edib. Ərdoğan bunun bölgədə heç bir ölkəyə fayda verməyəcəyinə diqqəti çəkib. Vəziyyəti yumşaltmağa çalışaraq vasitəçilik addımı atmaq məqsədilə Ərdoğan 5 iyunda Səudiyyə Ərəbistanı, Qətər və Küveyt, sonra isə Bəhreyn, İordaniya və Livan liderləri ilə telefonda danışıb. Ərdoğan problemi dialoq yolu ilə həll etmənin vacibliyini vurğulayır.

ABŞ, “AP”: "Türkiyənin Baş nazirindən Rakka hərəkatıyla əlaqədar şərhlər"

  Türkiyənin Baş naziri Binəli Yıldırım çərşənbə axşamı günü (06.06.2017) Ədalət və İnkişaf Partiyası millət vəkillərinə etdiyi xitabında Suriyada Rakka hərəkatında separatçı terror təşkilatı PKK-nın buradakı davamı YPG/PYG, Suriya Demokratik Qüvvələrinin iştirakı və Amerika Birləşmiş Ştatlarını bir daha tənqid edib: "Terror təşkilatlarını dəstəkləmək ittifaqımızın məramına uyğun gəlmir. Rakka və ya ümumiyyətlə bölgədə təhlükəsizliyimizi təhdid edən hər hansı vəziyyətdə lazımi cavabı dərhal verəcəyik."

  İngiltərə, “The Times”: "Türkiyə aralarında F.Gülənin də olduğu fərarilərin ölkələrinə dönməsi əmrini verdi"

  Türkiyə 130 nəfərə mühakimə olunmaq üçün xəbərdarlıq etdi: “Ölkəyə geri dönməzsəniz, vətəndaşlıqdan çıxarılacaqsınız”. Axtarılanlar arasında 15 İyul Çevriliş Cəhdinə məsul və 1999-cu ildən bəri ABŞ-da yaşayan Fətullahçı Terror Təşkilatının başçısı Fəthullah Gülənin də adı var. Sözü gedən mövzu ilə əlaqədar 130 adama geri dönmələri üçün üç aylıq rüxsət verilib. Bu adamlar terror və konstitusiya nizamına qarşı cinayətdə təqsirləndirilir.

  İran, “Fars” xəbər agentliyi: "Türkiyədəki şagirdlərin 1 faizi suriyalıdır"

  Türkiyənin ilk və orta təhsil məktəblərində təxminən 17 milyon şagird var. Ölkənin Milli Təhsil naziri İsmət Yılmazın verdiyi məlumata görə, bu uşaqların 169 mini suriyalıdır. Müvəqqəti təhsil mərkəzlərində təhsil alan suriyalı şagirdlərin sayı isə 294.112-dir. Onlar öz dilində və öz tədris proqramı üzrə təhsil alır. Bu şagirdlər həftədə ayrıca 15 saat da Türkiyə türkcəsində öyrənir. Nazir İ.Yılmaz suriyalı şagirdlərin Nazirliyin nəzdində olan məktəblərə pilləli şəkildə keçiriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr