Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

704390
Xarici Mətbuat

Rusiya, Dövlət xəbər agentliyi Ria Novostinin, “Ərdoğan, Türkiyənin Aİ-na tam hüquqlu üzvlüyünün qəbul edilməməsinə münasibət bildirib” başlıqlı xəbərində: Prezident Rəcəb Tayyib Ərdoğana görə Türkiyənin 50 ildən bəri Avropa İttifaqına qəbul edilməməsinin əsas səbəb dini faktordur. Agentliyin xəbərində, Almaniya və Niderlandın, Türk siyasilərə, 16 Apreldə konstitusiyaya dəyişiklik ediləcəyinə dair başladılan kampaniya çərçivəsində ölkələrindəki həmvətənləri ilə bir araya gəlmələrinə icazə vermədikləri xatırladılıb.Bunun isə Türkiyə ilə Aİ əlaqələrinə mənfi təsirinin olduğu bildirilib. Prezident Ərdağanın Ankarada təşkil edilən bir mitinqdə, Türkiyənin Aİ-na 54 ildir qəbul edilməməsinin yeganə səbəbinin alyansın Xristianlardan təşkil tapması olduğunu ifadə etdiyini və Avropa ölkələrinin terror təşkilatlarına dəskət verdiyini, 16 Aprelin Aİ-nın bu rəftarına veriləcək ən güçlü cavab olacağını vurğuladığı qeyd edilib.

Əl-Cəzirə media quruluşu: “Terrora qarşı mübarizə çərçivəsində başladılan əməliyyatlar davam edir”. Türkiyənin Daxili işlər naziri Süleyman Soylu, separatçı terror təşkilatı PKK-nın Avropanın dəstəyini də təmin edərək 16 Apreldə keçiriləcək referanduma mənfi təsir edəcək hadisələr törətmək üçün səylərini davam etdirdiyini, ancaq təhlükəsizlik qüvvələrinin, son zamanlarda terrora qarşı mübarizə çərçivəsində böyük uğurlara imza atdığını, türkiyənin terrorun kökünü kəsməkdə qərarlı olduğunu bildirib.

Almaniyanın media orqanı Deutsche Welle, “Almaniya Türk kəşfiyyatının tələblərinə biganə qalıb” başlıqlı xəbərində: Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT)-in rəhbəri Hakan Fidan, Almaniya Federal Xəbər Alma Service (BND)-nin sədri Bruno Kahlə, Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (feto / PDY) quldurlarının adlarından ibarət bir siyahi təqdim edib. Həmin siyahı Alman ictimaiyyətində müzakirələrə gətirib çıxarıb. BND Başçısı Kahlin Türkiyənin tələbinə nə üçün biganə qaldığı maraq mövzusu olub. Xalq Alman rəsmilərın bu sahədə atacağı   addımları  maraqla gözləyir.

CNN Beynəlxalq Haber Kanalı: Türkiyə cari ildə proqnozların üzərində böyüyəcək”. Türkiyənin 2016-ci ilə dair iqtisadi böyümə təxminlərinin gözlənəndən daha çox olmasına   münasibət   bildirən   ABŞ-nın nəhəng finans quruluşlarından Goldman Sachs və JPMorgan Chase, Türkiyənin 2017-ci ildə böyümə nisbətinin proqnozlardan yüksək olacağını açıqlayıblar. Goldman Sachsdan mövzu ilə əlaqəli verilən məlumatda, keçən ilin son rübündə 3,5% böyümə reallaşdığına  və  bunun da 2,9 olan təxminlərdən yüksək olduğuna   diqqət   çəkilib.

 



Әlaqәli Xәbәrlәr