Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

687976
Xarici Mətbuat

Azərbaycan, Trend İnformasiya Agentliyi: Türkiyənin Münbiçi terrordan təmizləmək məqsədi qətidir

 Türkiyənin baş nazirinin müavini Nurəddin Canikli: "Münbiç bizim üçün mühüm hədəflərdən biridir. Bölgədə amerikan, rus və rejim əsgərlərinin patrul xidməti zamanı terror təşkilatı PKK-nın Suriya qolu  PYD ilə birlikdə foto çəkdirməsi kimi hallar olur. Türkiyənin də Munbiçə həmlələri var. Məqsəd  bəllidirsə, eyni nöqtədə görüşmək problem deyil" dedi. Canikli Türkiyənin əvvəldən bəri Münbiçlə bağlı hədəflərinin olduğunu vurğuladı: "Münbiçdə terrora və ya terrordan bəhrələnən siyasi proseslərə yol verməyəcəyik" dedik. Münbiçin terror təşkilatı PYD-dən tamamilə  təmizlənməsi məsələsi ilə bağlı ABŞ ilə razılaşma var. Biz bu sözlərin yerinə yetirilməsini istəyirik" ifadələrini işlətdi.

 

Rusiya, Ria Novosti: Türkiyənin enerji sahəsindəki üstünlüyü

 Enerji və Təbii Sərvətlər naziri Berat Albayrak Türkiyənin enerji sahəsindəki prioritetinin  təbii qaz, elektrik, atom enerjisi və yeni enerji mənbələri olduğunu dedi. Albayrak Amerika Birləşmiş Ştatlarının Texas ştatının Houston şəhərində keçirilən IHS CERAWeek 2017-ci il Energetika Konfransı çərçivəsində Pulitzer mükafatı laureatı  və IHS Beynəlxalq Energetika Şirkətinin vitse-prezidenti Daniel Yerginin suallarını cavablandırdı. Ümumdünya miqyasında neft və təbii qaz ehtiyatlarının 60%-nin Türkiyənin ərazisində olduğunu bildirən Albayrak Rusiya, Azərbaycan, İran, Nigeriya və Əlcəzairdən alınan qaza əlavə olaraq, mayeləşdirilmiş qaz (LNG) və LNG gəmisi layihələrinə də Türkiyədə sərmayələr qoyulduğunu bildirdi.

 

ABŞ,"Bloomberg" Keleviziya Kanalı: Türkiyənin yüksək səviyyəli iqtisadiyyat siyasətçisindən öyrəndiklərimiz

 Türkiyə Mərkəzi Bankının sədri Murad Çətinkaya zəruri olduğu halda  Mərkəzi Bankın daraldıcı valyuta siyasəti tətbiq eəcəyini bildirdi. Çətinkaya:"İnflyasiya və qiymət hərəkətlərinə təsir edən faktorları yaxından təqib edəcəyik və lazım gələrsə, əlavə daraldıcı valyuta siyasəti tətbiq edəcəyik" dedi.Çətinkaya:"İlin ilk iki ayındakı inflyasiya ilə proqnozlarımız arasında əhəmiyyətli fərq olmadı " dedi.

 

Çin, "China Radio İnternational" (CRI): Türkiyəli qadın alim "Rising Talents" mükafatı laureatı oldu

UNESCO və L'Oreal'in  birgə keçirdiyi "For Women in Science" (Alim Qadınları üçün) proqramı çərçivəsində verilən "Rising Talents" (Yüksələn İstedadlar) mükafatı 1988-ci ildən etibarən hər il 15 gənc qadın alimə verilir.

Bu il "Rising Talents" mükafatı laureatlarından biri türkiyəli dosent Melahat Bilge Demirköz oldu.
 Orta Şərq Texniki Universitetinin (ODTÜ) Fən Ədəbiyyat Fakültəsinin Fizika Kafedrasının dosenti Demirköz  kosmik radiasiyaya aid tədqiqatlarına görə bu mükafata layiq görülüb.
 Demirköz mükafatını martın 23-də Fransanın paytaxtı Parisdə təşkil olunacaq təqdimetmə mərasimində alacaq.
 Türkiyə hədəfləri təhsil, elm, mədəniyyət, kommunikasiya və informasiya vasitəsilə sülhün bərqərar olması, yoxsulluğun aradan qaldırılması və davamlı inkişafın təmin edilməsi olan UNESCO-nu yaradan 20 ölkədən biridir.
Təşkilatın ən fəal üzvlərindən olan Türkiyə bu çərçivədə 1946-cı ildən etibarən müxtəlif orqanlarda təmsil olunur.

 Türkiyə UNESCO-ya  əhəmiyyət verdiyi üçün daha əvvəl altı dəfə iştirak etdiyi icra heyətinin 2017-2021 dövrü seçkilərinə namizədliyini irəli sürüb. Sözügedən seçkilər bu ilin noyabr ayında Parisdə keçiriləcək.

 



Әlaqәli Xәbәrlәr