Xarici mətbuat

Gündəm xarici media vasitələrində:

678473
Xarici mətbuat

Fransa, “AFP”: Ankara Əl-Babda 100-dən az  DEAŞ-lı terrorçu qaldığını düşünür

Agentlik bildirib ki, Türkiyənin müdafiə naziri Fikri İşıq çərşənbə günü DEAŞ-ın Suriyadakı qalası Əl-Babdakı terrorçu sayının "100-dən az" olduğunu söylədi. Fikri İşıq özəl televiziya kanallarından birinə verdiyi müsahibədə bildirdi ki, DEAŞ üzvü terrorçuların sayının 100-dən az qaldığını təxmin edirik, ancaq bunlar çox təhlükəli terrorçulardır. Snayperlər və intihar komandoları var. Nazirin fikrinə görə Türk əsgərlərin dəstəklədiyi suriyalı müxaliflər Əl-Babın yarısından çoxunu ələ keçirib və şəhərdə  hər məhəlləni ayrı-ayrı təmizləmə əməliyyatları davam edir. İşıq, "Geriye əl istehsalı bombalar və minalanmış yerler qaldı." deyə bildirdi.

Qətər, “Əl-Cəzirə TV”: İ.Kalın: Türkiyə İran ilə yaşanan gərginliyi dərinləştirmək niyyətində deyil

Kanal xəbərində bildirib ki, Türkiyə Cümhurbaşqanlığı sözçüsü İbrahim Kalın ölkəsinin İran ilə yaşanan gərginliyi dərinləşdirməyi arzu etmədiyini, ancaq rəsmi Tehranın bölgədəki nüfuz dairəsini genişləndirmə cəhdlərinə göz yumulmasının qeyri-mümkün olduğunu söylədi. Kalın Türkiyənin xüsusilə Suriya və İraqda terrorla mübarizə mövzusundakı mövqeyinin dəqqi olduğunu da bildirərək, “Aralarında İranın da olduğu ölkələr Türkiyəni tənqid etmək yerinə Türkiyənin DEAŞ ilə mübarizədə göstərdiyi cəhdləri və fədakarlıqları təqdir etməlidir.” deyə  qeyd etdi.

Rusiya, Rusiyanın Səsi Radiosu: Kıbrısda Enosis böhranı dərinləşir…Akıncı yığıncaqda iştirak etməyəcək

Radio bildirib ki, Kıbrıs Rum Məclisinin qəbul etdiyi Enosis qərarı Adadakı müzakirələrin rəsmi olaraq dayanmasına səbəb oldu. Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncının ara bölgədə keçirilməsi planlaşdırılan görüşdə iştirak etməyəcəyi açıqlandı. Enosis, yəni Kıbrısın Yunanıstana bağlanmasını nəzərdə tutan referendumun Rum məktəblərində qeyd olunması qərarından sonra keçən həftəki görüşlər Kıbrıs Rum icmasının lideri Nikos Anastasiadisin müzakirə stolunu tərk etməsi ilə nəticələnmişdi.

ABŞ, “VOA” İnternet saytı: Suriyalı qaçqınlar üçün İstanbulda keçirilən yığıncaq

3 milyondan artıq suriyalı qaçqına ev sahibliyi edən Türkiyə ilə Avropada ən çox qaçqının yaşadığı ölkələrdən biri olan Almaniyanın birgə təşkil etdiyi Suriyalı Qaçqınlar və Suriyalıların İnteqrasiyası toplantısı İstanbulda Boğaziçi universitetində baş tutdu.

Almaniyanın Kassel Universitesi Beynəlxalq Tərəqqi və Ədalətli İş Mərkəzi (İCDD) və Boğaziçi Universiteti Təlim Siyasətləri üzrə Mərkəzi (BEPAM) tərərfindən təşkil edilən yığıncaqda suriyalı qaçqınların iş həyatı və güzəranlarının yaxşılaşdırılmasını məqsəd götürən beynəlxalq həmrəyliyin daşıdığı əhəmiyyət müzakirəyə çıxarılıb.



Әlaqәli Xәbәrlәr