Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında,  Türkiyənin  gündəmindəki  əsas  mövzular  ilə əlaqəli əks edən  xəbərlər

652182
Xarici Mətbuat

Associated Press xəbər agentliyinin “Yeni konstitusiyaya doğru”, başlıqlı xəbərdə: Türkiyə Böyük Millət Məclisi bazar günü gecə yarısında, prezident sisteminə keçilməsinə dair maneəni aradan qaldıracaq konstitusiyaya dəyişiklik aparılmasını nəzərdə tutan danışıqlarda, sona   daha bir addım yaxınlaşıldı. İclasda millət vəkillərinin əksəriyyəti,iqtidar partiyası tərəfindən təqdim edilən layihədəki son maddənin lehinə səs verərək, konstitusiyanı dəyişdirəcək və prezidentin səlahiyyətlərini artıracaq 18 maddənin hamısını təsdiq etmiş oldu. Ancaq konkret nəticə ikinci və son səsvermədən sonra əldə ediləcək. Konstitusiya ilə əlaqəli İslahat paketi 550 yerlik Məclisdə ən az 330 səs ilə qəbul edildikdən sonra referanduma çıxarılacaq. Birinci tur səs vermədə əldə edilən nəticəyə görə, təklifin ikinci turda qəbul ediləcəyi və bunun nəticəsində referanduma çıxarılacağı ehtimalı 100% dir. İkinci tur səs vermənin 18 yanvarda başlayıb, 21-də yekunlaşdırılması nəzərdə tutulur.

İngiltərə Xəbər Agentliyi Reutersin “Kıbrıs danışıqları Yanvar ayının sonuna dək yekunlaşacaq” titriylə çatdırdığı xəbərdə: Kıbrıs müzakirələri 18 Yanvarda İsveçrənin Mont Pelerin qəsəbəsində yenidən başlayacaq. Türkiyə və Şimali Kıbrıs Türk Respublikası, Kıbrısda Türkiyənin zəmanətçi ölkə mövqeyi və Türk əsgərinin adadakı mövcudiyyətinin davam etməsinin vacib olduğu nəzərindən müdafiə edir. Buna  səbəb isə Adadaki Türk xalqının daimi təhlükəsizliyinin təmin edilməsini göstərir. Türk tərəfinin müxalifət etdiyi digər bir fakt isə Birləşmiş Millətlərə (BMT) təqdim edilmiş xəritələrdir. Bu xəritələrin qəbul edilməz olduğunu müdafiə edir. Kıbrıs danışıqları 9-12 Yanvarda həm tərəflər arasında həm də zəmanətçi ölkələr  olan  Türkiyə, Yunanıstan və İngiltərənin iştirakı ilə aparıldı. Həmin danışıqlar zamanı texniki mövzuları müzakirə etmək üçün 18 Yanvarda zəmanətçi ölkələrdən mütəxəssislərin bir araya gəlməsi qərarına yetişildi. Bu prosesin sonunda hər iki tərəfi qane edəcək nəticə hasil olması halında Adada iki xalqlı federal quruluşun yaradılmasına dair işlərə başlanacaq.

Rusiya, Radio və Xəbər Agentliyi Sputnik: “Valyuta məzənnəsinin artmasına qarşı maliyyə resept hazır” başlıqlı xəbərdə bildirib: Türkiyənin Baş nazir müavini Nurettin Caniklinin başçılığında, Türkiyə Banklar Birliyi üzvləri, Maliyyə, Bank Tənzimləmə və Nəzarət Təşkilatı (BDDK), Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə keçirilən maliyyə zirvə toplantısında bir sıra tədbirlərin həyata keçirilməsi qərarına gəlinib. İqtisadiyyat zirvəsində qəbul edilən qərarlara görə heç bir firmanın nağd problemi və Real sektorun banklara olan borclarının ödənilməsi ilə əlaqəli çətinlik yaşamasına icazə verilməyəcək. 2017 inflyasiya və böyümə hədəflərinə nail olmaq üçün lazımlı tədbirlər görüləcək. Valyuta məzənnəsindəki artımın inflyasiya hədəfinə təsir etməsinin qarşısı alınacaq.

İran, Mehr Xəbər Agentliyi: Turizm, kənd təsərrüfatı, qida, sənaye maşınları, enerji, tikinti və memarlıq sahələri kimi bir çox iqtisadi sektorda fəaliyyət göstərən bir qrup Türk işadamı İranlı iş adamları ilə bir araya gəlib. Antalya Ticarət və Sənaye palatası nümayəndə heyəti Tehranda iranlı iş adamları ilə görüşüb. İki ölkə xüsusi sektor nümayəndələri arasında baş tutan yığıncaqda Türkiyə ilə İran arasındakı iqtisadi əməkdaşlığın irəli pillələrə qaldırılması vurğulanıb. İrana sanksiya tətbiqinə son qoyulduqdan sonra, Türk firmalarının İranda investisiya etməyə başladıqları ifadə edilən xəbərdə, iki ölkə arasında başda turizm olmaqla ticarət əlaqələrinin sürətlə inkişaf etdiyi, ildə 2 milyondan çox iranlı turistin Antaliyanı ziyarət etməsi bu əməkdaşlığın göstəricisi olduğu qeyd edilib.

 



Әlaqәli Xәbәrlәr