Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat vasitələrində

638647
Xarici Mətbuat

İngiltərə Times qəzetində “Ərdoğan, terror təşkilatı DEAŞ-a qarşı mübarizə edən koalisya tərkibindəki müttəfiqlərini tənqid edir” başlığı ilə əks edən məqalədə yazır: “Prezidentin mətbuat katibi İbrahim Kalın 26 Dekabrda Ankarada təşkil etdiyi mətbuat konfransında DEAŞ-a qarşı mübarizə mövzusunda Türkiyəni tənqid edən bəzi ölkələrin Azez-Cerablus xətti, Dabi və Əl Bab-a istiqamətli təşkil edilən əməliyyatlara lazımlı dəstəyi verməmələri qəbul edilə bilməzdir. Beynəlxalq koalisiya El Bab-a istiqamətli əməliyyatlarda öhdəliklərinə əməl etməlidir” deyib.

Qəzetin xəbərində həmçinin bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan da bazar günü etdiyi çıxışında “İndi Əl Babdayıq. Bu qəsəbə dörd bir tərəfdən mühasirəyə salındı. Əl Babı terrorçulardan təmizlədikdən sonra sırada Menbiç var. Sonra da yeni dövrdə ABŞ ilə əməkdaşlıq edərək Rəqqa qəsəbəsinə istiqamətlənəcəyik. Koalisiya qüvvələri Suriyanın bütün ərazilərindəki terror təşkilatı DEAŞ-a qarşı aviahücum təşkil edir. Lakin Türkiyənin Əl Baba istiqamətli irəliləyişinə güçlü dəstək vermir” deyə vurğulayıb.

Almaniyanın media orqanı Deutsche Wellin “Qazaxıstan Suriya danışıqlarına hazır” başlığı ilə çatdırdığı xəbərdə: Qazaxıstan Dövlət Başçısı Nursultan Nazarbayev, Rusiya Dövlət Başçısı Vladimir Putin ilə görüşmək üzrə getdiyi St. Peterburq şəhərində verdiyi bəyanatında ölkəsinin, Astanada keçirilməsi nəzərdə tutanan   Suriya  danıqşıqlarına ev sahibliyi etməkdə hazır olduğunu qeyd edərkən, Rusiya Dövlət Başçısı Putin də Rusiya, İran, Türkiyə və Suriya Dövlət Başçısı Bəşər Əsədin iştirakı ilə keçirilməsi planlaşdırılan sülh danışıqlarına Astananın ev sahibliyi etməsi mövzusunda mütabiq qalındığını bildirmişdi.

China Radio International (CRI)-ın, “Ilgaz 15 İyul İstiqlal Tuneli açıldı” titrli xəbərində: Qış fəslində sürücülərin çətinliklərlə qarşılaşmalarına səbəb olan Ilgaz dağına inşa edilən “Ilgaz 15 İyul İstiqlal Tuneli” Baş nazir Binali Yıldırımın qatıldığı mərasimlə istifadəyə verildi. Prezident Rəcəb Tayyib Ərdoğan tunelin açılış mərasiminə video konfransla qatıldı. Liderlərin çıxışlarından sonra ‘Ilgaz 15 İyul İstiqlal Tuneli’ yol get-gəlinə açıldı. Tikinti işləri 2012-ci ildə başlayan tünel biri 5 min 370, digəri isə 5 min 391 metr olan iki keçiddən ibarətdir. Tunel sayəsində, xüsusilə qış aylarında sıx yol qəzalarına səhnə olan Ilgaz dağında sürücülər təhlükəsiz səyahət imkanını əldə etdilər.

Rusiyanın beynəlxalq xəbər agentliyi Sputnik: “Ədalət və İnkişaf Partiyasının İstanbul Millət vəkili Burhan Kuzu, Baş nazir Binali Yıldırım və Milliyyətçi Hərəkət Partiyası (MHP) lideri Dövlət Baxçalının razılaşdıqları və partiyalı prezidentliyə keçiş  bəndini də  əhalət   edən konstitusiyaya dəyişiklik təklifinə xalqın dəstəyinin 61%-ə çatdığını bildirib. Konstitusiya professoru Kuzunun sözlərinə görə yeni konstitusiya ilə hər cür böhranın qarşısı alına biləcək.



Әlaqәli Xәbәrlәr