Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

637953
Xarici mәtbuat

Almaniya, Deutche Welle:  ''Türkiyәni dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Xarici İqtisadi Əlaqələr Komitəsi (DEIK)-in  Baş Assambleyasının sessiyasındakı  çıxışı zamanı: " Suriyanın şimalında  yeni  dövlətin  qurulmasına icazә  verməyəcəyik" deyib. "Terrordan təmizlənmiş təhlükəsiz bölgə" tezisini təkrarlayan Ərdoğan: "Әn başdan  bunu deyirik. Əgər bu məsələ həll olunmasa Qaziantep,Kilis vә Şanlıurfa hər zaman tәhlükә ilә üzlәşәcәk''.

İngiltәrә, Reuters: ''Kremldәn verilәn açıqlamada,  Rusiya prezidenti Vladiir Putin vә Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan arasında baş tutan telefon danışığı zamanı Suriyadakı  böhranın müzakirә olunduğu bildirilib. Açıqlamada  həmçinin dövlət başçısı Ərdoğanın Vladimir  Putinə Qara dənizə düşən “TU-154” təyyarəsində həlak olanlarla әlaqәdar  başsağlığı  verdiyi dә  qeyd olunub''.

Rusiya, Ria Novosti: Türkiyənin  Müdafiə Nazirliyinin mәlumatına görә, Müdafiə naziri Fikri Işık  ‘‘Tu-154’’ tәyyarәsinin  Qara dәnizә düşmәsi ilә әlaqәdar Rusiyalı hәmkarı  Sergey Şoyguya başsağlığı verib. Fikri Işık: ‘‘Həlak olanların ailələrinə və bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm" deyib. Türkiyәnin XİN rәhbәri dә hәlak olanların ailәlәrinә vә Rusiya xalqına başsağlığı verib’’.

İran, Mehr: ‘‘Türkiyənin  Xarici İşlər naziri Mövlud Çavuşoğlu  Rusiyanın Suriyada atəşkəsin bərqərar olması və humanitar yardımların ünvanlarına çatdırılması barədə verdiyi sözü yerinə yetirdiyini bildirib. Antalyada muxtarlarla   bir araya gәlәn Mövlud Çavuşoğlu:  "Türkiyə də verdiyi sözü yerinə yetirdi’’ deyib. Mövlud Çavuşoğlu hәmçinin  terror təşkilatları  PKK, DEAŞ və FETÖ ilә mübarizәnin davam edәcәyini  vurğulayıb’’.



Әlaqәli Xәbәrlәr